Azərbaycan və İtaliya arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO 

İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında sayca 3-cü konsulluq məsləhətləşmələri keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən bildirilib. 

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İtaliya nümayəndə heyətinə isə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Xaricdə yaşayan İtalyanlar və Miqrasiya Siyasəti Baş İdarəsinin rəisi Luigi Vignali rəhbərlik edib. 

Görüşdə, həmçinin Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov, o cümlədən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmisi iştirak edib. 

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan İtaliya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib. 

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin İtaliya və Azərbaycan arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin qorunması istiqamətində zəruri tədbirlərin həyəta keçirilməsinin vacibliyini vurğulayıblar. 

Tərəflər miqrasiya sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri barədə geniş müzakirə apararaq, bu istiqamət üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. 

Görüş zamanı həmçinin tətbiq olunan viza rejimləri, eləcə də İtaliyaya təhsil və turizm məqsədilə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına vizaların rəsmiləşdirilməsi imkanlarının genişləndirilməsi, habelə aidiyyəti dövlət qurumları tərəfindən verilən sənədlərin qarşılıqlı tanınması məsələsi müzakirə olunub. 
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən ay neçə nəfərə əmək pensiyası təyin edilib?

Ötən ay neçə nəfərə əmək pensiyası təyin edilib?

Seda Sayan Tarkanla bir arada – FOTO

Seda Sayan Tarkanla bir arada – FOTO

Ermənistanın işğal siyasətinin HÜQUQİ TƏSBİTİ – “Nürnberq məhkəmə”sində edilən SENSASİON ETİRAFLAR

Ermənistanın işğal siyasətinin HÜQUQİ TƏSBİTİ – “Nürnberq məhkəmə”sində edilən SENSASİON ETİRAFLAR

Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

İtkin düşən 19 yaşlı tələbə tapıldı

İtkin düşən 19 yaşlı tələbə tapıldı

Polis Sabirabadda əməliyyat keçirdi - 8 nəfər həbs edildi – FOTO

Polis Sabirabadda əməliyyat keçirdi - 8 nəfər həbs edildi – FOTO

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Azərbaycanda bütün limanlar BAĞLANDI

Azərbaycanda bütün limanlar BAĞLANDI

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

"Eşref Rüya"dan gedir – FOTO

"Eşref Rüya"dan gedir – FOTO

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

End of content

No more pages to load

RADİO