Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırdı

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyan 1988-ci il fevralın 20-də Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanatına münasibət bildirib.  

Bizim.Media xəbər verir ki, İcmanın bununla bağlı yaydığı bəyanatda qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan 1988-ci il fevralın 20-də Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat verərək, həmin aksiyanın guya kortəbii şəkildə başladığını iddia etmiş və onu insan hüquqlarına aid məsələ kimi təqdim etməyə cəhd etmişdir. 

Vurğulanıb ki, əslində, həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla, Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi. 
Ermənistan tərəfi bu nümayişlərdən xeyli əvvəl Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmiş və Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı zorakılıq yolu ilə total etnik təmizləməyə başlamışdı. Ermənistan tərəfinin başlatdığı bu proseslər insan hüquqlarına və beynəlxalq hüquqa zidd olmaqla mono-etnik məkanın yaradılmasına və ərazi ekspansiyasına xidmət edir.

Məhz bu irqçi və aqressiv yanaşma ilə Ermənistan öz ərazisindən azərbaycanlıları qovmuş, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini işğal etmiş və oradan da bütün azərbaycanlıları qovmuşdur. 
"Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olmaqla iki ölkə arasında sülh imkanlarını artırıb. Ermənistan rəhbərliyinin yaranmış bu unikal imkandan istifadə edərək, sülh üçün konkret addımlar atmaq, ələlxüsus, indiki Ermənistan ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geriyə qayıtmasına imkan yaratmaq əvəzinə ərazi iddiasını və etnik təmizləməni təcəssüm edən bədnam bir hadisənin ildönümü münasibəti ilə bəyanat verməsi təəssüf doğurur. 

Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi riyakarlıqdır. 
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir", - deyə bəyanatda qeyd edilib. 

Eyni zamanda, diqqətə çatddırılıb ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən ay neçə nəfərə əmək pensiyası təyin edilib?

Ötən ay neçə nəfərə əmək pensiyası təyin edilib?

Seda Sayan Tarkanla bir arada – FOTO

Seda Sayan Tarkanla bir arada – FOTO

Ermənistanın işğal siyasətinin HÜQUQİ TƏSBİTİ – “Nürnberq məhkəmə”sində edilən SENSASİON ETİRAFLAR

Ermənistanın işğal siyasətinin HÜQUQİ TƏSBİTİ – “Nürnberq məhkəmə”sində edilən SENSASİON ETİRAFLAR

Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

İtkin düşən 19 yaşlı tələbə tapıldı

İtkin düşən 19 yaşlı tələbə tapıldı

Polis Sabirabadda əməliyyat keçirdi - 8 nəfər həbs edildi – FOTO

Polis Sabirabadda əməliyyat keçirdi - 8 nəfər həbs edildi – FOTO

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Azərbaycanda bütün limanlar BAĞLANDI

Azərbaycanda bütün limanlar BAĞLANDI

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

"Eşref Rüya"dan gedir – FOTO

"Eşref Rüya"dan gedir – FOTO

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

End of content

No more pages to load

RADİO