Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğunu diqqətə çatdırıb.

Azərbaycan, Türkiyə və Gürcüstanın ikitərəfli və üçtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən nazir bunun regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov Qarsda keçirilən “Qış təlimi - 2023”də hərbi qulluqçuların yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edərək, birgə təlimlərin ordularımız arasında təcrübə mübadiləsində və döyüş qabiliyyətinin daha da yüksəldilməsində mühüm rol oynadığını bildirib.

Müdafiə naziri Cənubi Qafqazın ölkə rəhbərlərinin iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasdakı görüşün əhəmiyyətini vurğulayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun" sözlərini xatırladan nazir regionda sülhün təmin olunması istiqamətində görülən işlərdən danışıb.

General-mayor G.Matiaşvili səmimi qəbula görə minnətdarlığını ifadə edib. Ölkələrimiz arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional təhlükəsizliyə töhfə verdiyini qeyd edib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən ay neçə nəfərə əmək pensiyası təyin edilib?

Ötən ay neçə nəfərə əmək pensiyası təyin edilib?

Seda Sayan Tarkanla bir arada – FOTO

Seda Sayan Tarkanla bir arada – FOTO

Ermənistanın işğal siyasətinin HÜQUQİ TƏSBİTİ – “Nürnberq məhkəmə”sində edilən SENSASİON ETİRAFLAR

Ermənistanın işğal siyasətinin HÜQUQİ TƏSBİTİ – “Nürnberq məhkəmə”sində edilən SENSASİON ETİRAFLAR

Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

İtkin düşən 19 yaşlı tələbə tapıldı

İtkin düşən 19 yaşlı tələbə tapıldı

Polis Sabirabadda əməliyyat keçirdi - 8 nəfər həbs edildi – FOTO

Polis Sabirabadda əməliyyat keçirdi - 8 nəfər həbs edildi – FOTO

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Azərbaycanda bütün limanlar BAĞLANDI

Azərbaycanda bütün limanlar BAĞLANDI

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

"Eşref Rüya"dan gedir – FOTO

"Eşref Rüya"dan gedir – FOTO

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

End of content

No more pages to load

RADİO