İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb - FOTO/VİDEO

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. 

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb.

İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Neçirvan Bərzani diqqətə çatdırıb ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.
Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlət başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.

Neçirvan Bərzani İraqın Kürdüstan regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd edib.

Dövlət başçısı öz növbəsində bildirib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.

Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün İtaliyada Qış Olimpiya Oyunlarına start veriləcək

Bu gün İtaliyada Qış Olimpiya Oyunlarına start veriləcək

Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

Bakıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Fənərbağça” Nqolo Kanteni transfer etdi - FOTO

“Fənərbağça” Nqolo Kanteni transfer etdi - FOTO

Kolumbiya prezidenti xaricdə yaşayan narkobaronların siyahısını Trampa VERDİ

Kolumbiya prezidenti xaricdə yaşayan narkobaronların siyahısını Trampa VERDİ

Əməkdar artist Polad Həşimovla qohum olduğunu AÇIQLADI - VİDEO

Əməkdar artist Polad Həşimovla qohum olduğunu AÇIQLADI - VİDEO

Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

“Zirə”nin futbolçusu bu kluba KEÇDİ

“Zirə”nin futbolçusu bu kluba KEÇDİ

Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır?

Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır?

Nəqliyyatda NFC ödənişlə bağlı problem yaranıb?

Nəqliyyatda NFC ödənişlə bağlı problem yaranıb?

Bakıda 1 yaşlı uşaq evdə qəflətən dünyasını dəyişdi

Bakıda 1 yaşlı uşaq evdə qəflətən dünyasını dəyişdi

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Həbsdə olan sabiq deputat şikayətini geri götürdü

Həbsdə olan sabiq deputat şikayətini geri götürdü

Prospektdə geriyə hərəkət edən yük maşını qəzaya səbəb oldu – ANBAAN VİDEO

Prospektdə geriyə hərəkət edən yük maşını qəzaya səbəb oldu – ANBAAN VİDEO

SEPAH ABŞ-dan QORXDU - Dəniz təlimlərini ləğv etdi – VİDEO

SEPAH ABŞ-dan QORXDU - Dəniz təlimlərini ləğv etdi – VİDEO

Səmraya efirdə evlilik TƏKLİFİ - Özündən 14 yaş kiçikdir – FOTO

Səmraya efirdə evlilik TƏKLİFİ - Özündən 14 yaş kiçikdir – FOTO

General Aqil Babayev yüksək vəzifəyə TƏYİN EDİLDİ

General Aqil Babayev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Şəxsi sərvəti 850 milyard dolları ötdü

Şəxsi sərvəti 850 milyard dolları ötdü

Bakının bu küçələrində yeni minib-düşmə yerləri yaradıldı – FOTO

Bakının bu küçələrində yeni minib-düşmə yerləri yaradıldı – FOTO

Cırtdanboylu şəxslərə bu hallarda əlillik verilir - RƏSMİ

Cırtdanboylu şəxslərə bu hallarda əlillik verilir - RƏSMİ

Əhəd Abıyevə AĞIR İTKİ

Əhəd Abıyevə AĞIR İTKİ

“Epşteyn işi”ndə İranın da adı hallanıb: Əhmədinejad onunla görüşüb? - FOTO

“Epşteyn işi”ndə İranın da adı hallanıb: Əhmədinejad onunla görüşüb? - FOTO

Trampdan sirli açıqlama: “İranla görüşün yerini deyə bilmərəm” – VİDEO

Trampdan sirli açıqlama: “İranla görüşün yerini deyə bilmərəm” – VİDEO

End of content

No more pages to load

RADİO