İlham Əliyev Avropa Ravvinləri Konfransının prezidenti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO-YENİLƏNİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə dövlətimizin başçısı tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd etdi. 

Azərbaycanın Quba rayonunda yaşayan yəhudi icması haqqında danışan Prezident İlham Əliyev dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərildiyini, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlərin görüldüyünü vurğuladı.

Dövlətimizin başçısı bunun minilliklər boyu Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırdı. 

Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit 1997-ci ildə Azərbaycana səfərini və Ulu Öndər Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladı, Ümummilli Liderlə görüşün onda zəngin təəssürat yaratdığını qeyd etdi. O, Azərbaycanın yəhudi icmasının fəaliyyətini möhkəm təməllər üzərində davam etdirdiyini vurğuladı, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. 

Pinhas Qoldşmit Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şəraitin digər ölkələrə nümunə olduğunu dedi. O, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu vurğuladı, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını dedi. 

Avropa Ravvinləri Konfransının prezidenti Azərbaycan ilə İsrail arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi icmalarının da bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd etdi. 
Prezident İlham Əliyev Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi. 

Görüşdə Avropa yəhudi icmasının nümayəndələrinin Azərbaycana səfər etmək niyyətində olduqları vurğulandı.

20.00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün İtaliyada Qış Olimpiya Oyunlarına start veriləcək

Bu gün İtaliyada Qış Olimpiya Oyunlarına start veriləcək

Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

Bakıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Fənərbağça” Nqolo Kanteni transfer etdi - FOTO

“Fənərbağça” Nqolo Kanteni transfer etdi - FOTO

Kolumbiya prezidenti xaricdə yaşayan narkobaronların siyahısını Trampa VERDİ

Kolumbiya prezidenti xaricdə yaşayan narkobaronların siyahısını Trampa VERDİ

Əməkdar artist Polad Həşimovla qohum olduğunu AÇIQLADI - VİDEO

Əməkdar artist Polad Həşimovla qohum olduğunu AÇIQLADI - VİDEO

Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

“Zirə”nin futbolçusu bu kluba KEÇDİ

“Zirə”nin futbolçusu bu kluba KEÇDİ

Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır?

Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır?

Nəqliyyatda NFC ödənişlə bağlı problem yaranıb?

Nəqliyyatda NFC ödənişlə bağlı problem yaranıb?

Bakıda 1 yaşlı uşaq evdə qəflətən dünyasını dəyişdi

Bakıda 1 yaşlı uşaq evdə qəflətən dünyasını dəyişdi

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Həbsdə olan sabiq deputat şikayətini geri götürdü

Həbsdə olan sabiq deputat şikayətini geri götürdü

Prospektdə geriyə hərəkət edən yük maşını qəzaya səbəb oldu – ANBAAN VİDEO

Prospektdə geriyə hərəkət edən yük maşını qəzaya səbəb oldu – ANBAAN VİDEO

SEPAH ABŞ-dan QORXDU - Dəniz təlimlərini ləğv etdi – VİDEO

SEPAH ABŞ-dan QORXDU - Dəniz təlimlərini ləğv etdi – VİDEO

Səmraya efirdə evlilik TƏKLİFİ - Özündən 14 yaş kiçikdir – FOTO

Səmraya efirdə evlilik TƏKLİFİ - Özündən 14 yaş kiçikdir – FOTO

General Aqil Babayev yüksək vəzifəyə TƏYİN EDİLDİ

General Aqil Babayev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Şəxsi sərvəti 850 milyard dolları ötdü

Şəxsi sərvəti 850 milyard dolları ötdü

Bakının bu küçələrində yeni minib-düşmə yerləri yaradıldı – FOTO

Bakının bu küçələrində yeni minib-düşmə yerləri yaradıldı – FOTO

Cırtdanboylu şəxslərə bu hallarda əlillik verilir - RƏSMİ

Cırtdanboylu şəxslərə bu hallarda əlillik verilir - RƏSMİ

Əhəd Abıyevə AĞIR İTKİ

Əhəd Abıyevə AĞIR İTKİ

“Epşteyn işi”ndə İranın da adı hallanıb: Əhmədinejad onunla görüşüb? - FOTO

“Epşteyn işi”ndə İranın da adı hallanıb: Əhmədinejad onunla görüşüb? - FOTO

Trampdan sirli açıqlama: “İranla görüşün yerini deyə bilmərəm” – VİDEO

Trampdan sirli açıqlama: “İranla görüşün yerini deyə bilmərəm” – VİDEO

End of content

No more pages to load

RADİO