Prezident Münxendə enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirak edir - FOTO/VİDEO

Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlət başçısı bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. 

Prezident İlham Əliyev qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlət başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb. 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. 

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayıblar, Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndiriblər və onun davamlı olacağına əminliklərini bildiriblər.

Bizim.Media

 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

Bakıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Fənərbağça” Nqolo Kanteni transfer etdi - FOTO

“Fənərbağça” Nqolo Kanteni transfer etdi - FOTO

Kolumbiya prezidenti xaricdə yaşayan narkobaronların siyahısını Trampa VERDİ

Kolumbiya prezidenti xaricdə yaşayan narkobaronların siyahısını Trampa VERDİ

Əməkdar artist Polad Həşimovla qohum olduğunu AÇIQLADI - VİDEO

Əməkdar artist Polad Həşimovla qohum olduğunu AÇIQLADI - VİDEO

Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

Azərbaycan və Ermənistan ticarətlə bağlı RAZILIĞA GƏLDİLƏR

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

“Zirə”nin futbolçusu bu kluba KEÇDİ

“Zirə”nin futbolçusu bu kluba KEÇDİ

Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır?

Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır?

Nəqliyyatda NFC ödənişlə bağlı problem yaranıb?

Nəqliyyatda NFC ödənişlə bağlı problem yaranıb?

Bakıda 1 yaşlı uşaq evdə qəflətən dünyasını dəyişdi

Bakıda 1 yaşlı uşaq evdə qəflətən dünyasını dəyişdi

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Həbsdə olan sabiq deputat şikayətini geri götürdü

Həbsdə olan sabiq deputat şikayətini geri götürdü

Prospektdə geriyə hərəkət edən yük maşını qəzaya səbəb oldu – ANBAAN VİDEO

Prospektdə geriyə hərəkət edən yük maşını qəzaya səbəb oldu – ANBAAN VİDEO

SEPAH ABŞ-dan QORXDU - Dəniz təlimlərini ləğv etdi – VİDEO

SEPAH ABŞ-dan QORXDU - Dəniz təlimlərini ləğv etdi – VİDEO

Səmraya efirdə evlilik TƏKLİFİ - Özündən 14 yaş kiçikdir – FOTO

Səmraya efirdə evlilik TƏKLİFİ - Özündən 14 yaş kiçikdir – FOTO

General Aqil Babayev yüksək vəzifəyə TƏYİN EDİLDİ

General Aqil Babayev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Şəxsi sərvəti 850 milyard dolları ötdü

Şəxsi sərvəti 850 milyard dolları ötdü

Bakının bu küçələrində yeni minib-düşmə yerləri yaradıldı – FOTO

Bakının bu küçələrində yeni minib-düşmə yerləri yaradıldı – FOTO

Cırtdanboylu şəxslərə bu hallarda əlillik verilir - RƏSMİ

Cırtdanboylu şəxslərə bu hallarda əlillik verilir - RƏSMİ

Əhəd Abıyevə AĞIR İTKİ

Əhəd Abıyevə AĞIR İTKİ

“Epşteyn işi”ndə İranın da adı hallanıb: Əhmədinejad onunla görüşüb? - FOTO

“Epşteyn işi”ndə İranın da adı hallanıb: Əhmədinejad onunla görüşüb? - FOTO

Trampdan sirli açıqlama: “İranla görüşün yerini deyə bilmərəm” – VİDEO

Trampdan sirli açıqlama: “İranla görüşün yerini deyə bilmərəm” – VİDEO

Rasim Məmmədov VƏFAT ETDİ – FOTO

Rasim Məmmədov VƏFAT ETDİ – FOTO

End of content

No more pages to load

RADİO