Pensiyalar 14,7 faiz ARTIRILDI - SƏRƏNCAM 

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ardıcıl addımların davamı, pensiyaçılarının rifahının təminatına yönələn növbəti dəstəkdir. Sərəncamla 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 

Belə ki, yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Məsələn, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 14,7 faiz, yəni 58,8 manat artırılmaqla 458,8 manata çatdırılacaq, yanvar ayının 58,8 manat artımı da fevral ayında veriləcək. 

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək. 

Yeni qanunla bu ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilməsi hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib. Növbəti illərdə də bütün növ pensiyaların indeksasiya metodu ilə artırılması davam etdiriləcəkdir. 

Beləliklə, hazırkı artım həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılara (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) şamil olunacaqdır. 
Bundan əvvəl isə ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib. Maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə indeksləşdirilərək artırılır. 

Məsələn, 2022-ci ildə ayda 800 manat pensiya və onun 10 faizi miqdarında (80 manat) maddi yardım almış hərbi qulluqçunun pensiyası tərkibinə bu ilin əvvəlindən həmin 80 manat daxil edilib və yaranan 880 manat pensiya məbləği bu dəfə indeksləşdirilərək 14,7 faiz (129,36 manat) artırılmaqla 1009,36 manata yüksəlir. 

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir. 

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz indeksləşdirilməklə artırılır. 
Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir. Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçiriləcək, hər hansı sənəd təqdim etməyə, müraciət etməyə ehtiyac yoxdur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan Rusiyaya aparılan "qarpız" yükündə külli miqdarda narkotik aşkarlandı – FOTO

İrandan Rusiyaya aparılan "qarpız" yükündə külli miqdarda narkotik aşkarlandı – FOTO

Bakıda qadın dəstə üzvləri ilə əlbir olub tanışını hədələdi – ANBAAN VİDEO

Bakıda qadın dəstə üzvləri ilə əlbir olub tanışını hədələdi – ANBAAN VİDEO

Rusiyadan gəlib arvadını evdən qovdu, qonşusunu bıçaqladı - Cinayətin təfərrüatı

Rusiyadan gəlib arvadını evdən qovdu, qonşusunu bıçaqladı - Cinayətin təfərrüatı

Xınalığa 6 sm qar yağdı - FOTO

Xınalığa 6 sm qar yağdı - FOTO

Uşaqların futbola marağı ARTIR - Gələcəyin futbolçuları necə yetişir? - VİDEOREPORTAJ

Uşaqların futbola marağı ARTIR - Gələcəyin futbolçuları necə yetişir? - VİDEOREPORTAJ

Bu şəxslərə güzəşt olacaq - 30 MANAT

Bu şəxslərə güzəşt olacaq - 30 MANAT

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı – VİDEO

Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı – VİDEO

Qardaşı uşaqlarını baltalayan şəxs həbsxanada özünü çarpayıdan atıb – ÖLÜMÜNÜN DETALLARI

Qardaşı uşaqlarını baltalayan şəxs həbsxanada özünü çarpayıdan atıb – ÖLÜMÜNÜN DETALLARI

“Neftçi” – “Qarabağ” oyunu niyə təxirə salınmadı? – PFL-dən AÇIQLAMA

“Neftçi” – “Qarabağ” oyunu niyə təxirə salınmadı? – PFL-dən AÇIQLAMA

Bu il rezidentura imtahanları elektron formada olacaq – RƏSMİ

Bu il rezidentura imtahanları elektron formada olacaq – RƏSMİ

ADY hava ilə bağlı sərnişinlərə müraciət etdi

ADY hava ilə bağlı sərnişinlərə müraciət etdi

"Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

"Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

Şəmsi Səmədzadə axtarışa verildi

Şəmsi Səmədzadə axtarışa verildi

Dünya çempionumuz əməliyyat OLUNDU

Dünya çempionumuz əməliyyat OLUNDU

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Tehranda 22 yaşlı qız evindən OĞURLANDI - FOTO

Tehranda 22 yaşlı qız evindən OĞURLANDI - FOTO

Kreml: Ukrayna qərar verənə qədər "xüsusi hərbi əməliyyat" davam edəcək

Kreml: Ukrayna qərar verənə qədər "xüsusi hərbi əməliyyat" davam edəcək

“Xankəndi”dən növbəti TRANSFER

“Xankəndi”dən növbəti TRANSFER

Bakıda bıçaqlanan ata həyatını itirdi - 15 yaşlı qızı SAXLANILDI

Bakıda bıçaqlanan ata həyatını itirdi - 15 yaşlı qızı SAXLANILDI

Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ

Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: Xərclərinizi minimuma endirin

Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: Xərclərinizi minimuma endirin

Rusiyada məktəbli qız şagirdlərə hücum etdi: Yaralılar var – FOTO/VİDEO

Rusiyada məktəbli qız şagirdlərə hücum etdi: Yaralılar var – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO