Vardanyanın gizləndiyi yer MƏLUM OLDU – Növbəti antiterror əməliyyatı nə vaxt keçiriləcək?

Xəbər verdiyimiz kimi, fevralın 7-də Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın bölgədən qaçması ilə bağlı informasiyalar yayıldı. Rusiyanın regionda özünə canişin seçdiyi Vardanyanın üz tutduğu ünvan isə elə Qarabağa göndərdiliyi yer olan Moskvadır.

Bəs, Vardanyanın qaçışı hansı mətləblərdən xəbər verir?

İlk növbədə qeyd etməliyik ki, Rubenin aradan çıxması onun, daha doğrusu Rusiyanın Vardanyan üzərindən qurduğu planların iflası deməkdir. Moskva Vardanyanı Qarabağa göndərdən gündən onun reklamına xüsusi önəm verirdi. Əksər siyasi şərhçilər Rusiyanın Vardanyanı separatçı rejimin başına, sonradan isə Paşinyanın qarşısına çıxarmağı hədəflədiyini qeyd edirdilər.

Sülhməramlılar regiona monitorinq üçün gedən Azərbaycan rəsmilərinin qarşısına Vardanyan öncüllüyündə qaragüruhu çıxarmaqla da məhz Rubeni ön plana çəkməyə çalışırdılar. Lakin rəsmilərimizin Rusiya canişini ilə danışıqlardan imtinası, daha sonra isə ekofəalların Laçın yolundakı aksiyası Vardanyan planını kökündən iflasa uğratdı.

Digər tərəfdən aksiya Qarabağ erməniləri arasında separatçı rejimin nüfuzuna da ciddi xələl gətirdi. Əksərən Rusiyadan mədət uman, Vardanyanı xilaskar gözündə görən ermənilərin ümidləri puça çıxdı. 

Növbəti və ən önəmli faktorlardan biri isə Vardanyan məsələsində rəsmi Bakının tutduğu qəti mövqe oldu. Azərbaycan rəsmiləri ən yüksək səviyyədə Rubenin tərəf müqabili kimi qəbul edilməyəcəyini bildirdilər. Bu isə Rusiyanın regional siyasəti üzərində ciddi təzyiq yaradan faktor idi. Çünki Rusiya onsuz da Ermənistan uğrunda mübarizədə Qərbə günbəgün uduzur. Azərbaycanla müttəfiqliyi itirmək isə Cənubi Qafqazda Rusiyanın sonu deməkdir. Bu reallığı dərk edən Moskvanın Azərbaycanın tələblərinə diqqət yetirməməsi ən azından məntiqsizlik olardı.

Vardanyanın gedişindən sonra regionda nə gözlənilir?

Birincisi, erməni oliqarxın gedişi separatçı rejimin sonunun yaxın olduğunu göstərir. Çünki Vardanyan son ümid işığı idi və həmin işığın söndürülməsindən sonra  separatçı rejimin varlığını qoruması üçün faktiki perspektiv mövcud deyil.

İkincisi, Qarabağ ermənilərinə Azərbaycana inteqrasiyadan başqa seçim imkanı qalmır.

Üçüncüsü, Vardanyanın gedişi Qarabağda yaşayan erməni oliqarxların kütləvi köç dalğasına ciddi təsir edəcək. Yəni, Qriqori Qabrelyantsın başlatdığı estafeti təhvil alan Vardanyanı növbətilər əvəz edəcək.

Dördüncüsü, Rusiya Qarabağla bağlı Azərbaycanın tələbləri ilə hesablaşmağa məcbur olacaq. İlk növbədə Laçın yolunda Azərbaycanla birgə nəzarət postunun qurulmasına şahidlik edə bilərik.

Beşincisi, Azərbaycan tərəfinin 10 noyabr bəyanatından bəri icrasını tələb etdiyi erməni silahlı birləşmələrinin bölgədən çıxarılması məsələsində də irəliləyişlərə nail oluna bilər. Bu məsələdə Rusiya və ya Ermənistanın hər hansı addım atması o qədər də real görünmür.

Deməli, Azərbaycanın antiterror əməliyyatlarına başlaması ehtimalını diqqətə saxlamalıyıq.

Görünən qədərilə, separatçıların növbəti təxribatı Azərbaycan ordusunun cavab tədbirlərini qaçılmaz edəcək. Hələ ötən ilin avqustunda “Qisas” əməliyyatından sonra Azərbaycan rəsmiləri növbəti təxribatlar qarşısında daha sərt cavab tədbirlərinin görüləcəyinin anonsunu vermişdi.

Yəni, yaxın perspektivdə sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində hazırki vəziyyətin kökündən dəyişməsi ehtimalı böyükdür.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda avtobus aşdı: Xəsarət alanlar var – VİDEO

Qusarda avtobus aşdı: Xəsarət alanlar var – VİDEO

İrandan Rusiyaya aparılan "qarpız" yükündə külli miqdarda narkotik aşkarlandı – FOTO

İrandan Rusiyaya aparılan "qarpız" yükündə külli miqdarda narkotik aşkarlandı – FOTO

Bakıda qadın dəstə üzvləri ilə əlbir olub tanışını hədələdi – ANBAAN VİDEO

Bakıda qadın dəstə üzvləri ilə əlbir olub tanışını hədələdi – ANBAAN VİDEO

Rusiyadan gəlib arvadını evdən qovdu, qonşusunu bıçaqladı - Cinayətin təfərrüatı

Rusiyadan gəlib arvadını evdən qovdu, qonşusunu bıçaqladı - Cinayətin təfərrüatı

Xınalığa 6 sm qar yağdı - FOTO

Xınalığa 6 sm qar yağdı - FOTO

Uşaqların futbola marağı ARTIR - Gələcəyin futbolçuları necə yetişir? - VİDEOREPORTAJ

Uşaqların futbola marağı ARTIR - Gələcəyin futbolçuları necə yetişir? - VİDEOREPORTAJ

Bu şəxslərə güzəşt olacaq - 30 MANAT

Bu şəxslərə güzəşt olacaq - 30 MANAT

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı – VİDEO

Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı – VİDEO

Qardaşı uşaqlarını baltalayan şəxs həbsxanada özünü çarpayıdan atıb – ÖLÜMÜNÜN DETALLARI

Qardaşı uşaqlarını baltalayan şəxs həbsxanada özünü çarpayıdan atıb – ÖLÜMÜNÜN DETALLARI

“Neftçi” – “Qarabağ” oyunu niyə təxirə salınmadı? – PFL-dən AÇIQLAMA

“Neftçi” – “Qarabağ” oyunu niyə təxirə salınmadı? – PFL-dən AÇIQLAMA

Bu il rezidentura imtahanları elektron formada olacaq – RƏSMİ

Bu il rezidentura imtahanları elektron formada olacaq – RƏSMİ

ADY hava ilə bağlı sərnişinlərə müraciət etdi

ADY hava ilə bağlı sərnişinlərə müraciət etdi

"Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

"Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

Şəmsi Səmədzadə axtarışa verildi

Şəmsi Səmədzadə axtarışa verildi

Dünya çempionumuz əməliyyat OLUNDU

Dünya çempionumuz əməliyyat OLUNDU

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Tehranda 22 yaşlı qız evindən OĞURLANDI - FOTO

Tehranda 22 yaşlı qız evindən OĞURLANDI - FOTO

Kreml: Ukrayna qərar verənə qədər "xüsusi hərbi əməliyyat" davam edəcək

Kreml: Ukrayna qərar verənə qədər "xüsusi hərbi əməliyyat" davam edəcək

“Xankəndi”dən növbəti TRANSFER

“Xankəndi”dən növbəti TRANSFER

Bakıda bıçaqlanan ata həyatını itirdi - 15 yaşlı qızı SAXLANILDI

Bakıda bıçaqlanan ata həyatını itirdi - 15 yaşlı qızı SAXLANILDI

Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ

Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: Xərclərinizi minimuma endirin

Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: Xərclərinizi minimuma endirin

End of content

No more pages to load

RADİO