Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncamla 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 (doqquz yüz qırx min beş yüz) avronun manat ekvivalentində vəsait ayrılıb.
Bizim.Media