Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Macarıstanın dövlət katibinin müavini Katalin Bihari ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin xüsusi nümayəndəsi rəsmi “Twitter” hesabında yazıb.
“Görüş zamanı Macarıstan şirkətlərinin Qarabağda yenidənqurma və bərpa proseslərində iştirakı müzakirə olunub”, - deyə E. Hüseynov qeyd edib.



Bizim.Media