Ceyhun Bayramov Britaniyalı naziri Ermənistanın öhdəliklərə riayət etməməsi ilə bağlı MƏLUMATLANDIRDI 

6 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə ediblər. 

Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluğunu bildirən nazir Ceyhun Bayramov, rəsmi təmasların və səfərlərin əhəmiyyət daşıdığını qeyd edib.

Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib. Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb. 

Ermənistanın öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə qarşı tərəf məlumatlandırılıb.

Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi normallaşma prosesində maraqlı olduğu vurğulanıb. 

Dövlət naziri Leo Dokerti öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, başsağlığı diləklərini çatdırıb. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının, danışıqların bərpa olunmasının vacib olduğunu bildirib. 

Daha sonra, tərəflər ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti: BƏƏ bir çox ölkələr üçün həqiqətən bir nümunədir

Azərbaycan Prezidenti: BƏƏ bir çox ölkələr üçün həqiqətən bir nümunədir

Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

İlham Əliyev: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir"

İlham Əliyev: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir"

Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

SON DƏQİQƏ! Şəmsi Səmədzadə həbs olundu

SON DƏQİQƏ! Şəmsi Səmədzadə həbs olundu

Mehriban Ələkbərzadəyə AzTV-də yüksək vəzifə verildi

Mehriban Ələkbərzadəyə AzTV-də yüksək vəzifə verildi

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan arasında tarix yazılır” – FOTO

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan arasında tarix yazılır” – FOTO

Qarlı hava Bakıda aeroportun fəaliyyətinə təsir edibmi? – Rəsmi açıqlama

Qarlı hava Bakıda aeroportun fəaliyyətinə təsir edibmi? – Rəsmi açıqlama

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasiminə belə gəldi - VİDEO

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasiminə belə gəldi - VİDEO

Əmisi tərəfindən baltalanan Həqiqət niyə Cəlilabadda DƏFN olunmadı? - ÖZƏL/FOTO

Əmisi tərəfindən baltalanan Həqiqət niyə Cəlilabadda DƏFN olunmadı? - ÖZƏL/FOTO

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –CANLI

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –CANLI

ABŞ bu ölkəyə az sayda hərbçi göndərdi

ABŞ bu ölkəyə az sayda hərbçi göndərdi

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

Gəncədə 17 yaşlı gənc xəstəxanalıq oldu

Gəncədə 17 yaşlı gənc xəstəxanalıq oldu

Məşhur futbolçu Türkiyə klubuna KEÇƏ BİLƏR

Məşhur futbolçu Türkiyə klubuna KEÇƏ BİLƏR

Puqaçova Qalkinlə Alp dağlarında belə dincəlir – FOTO

Puqaçova Qalkinlə Alp dağlarında belə dincəlir – FOTO

“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Ağsuda tədbirlər keçirdi – FOTO

“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Ağsuda tədbirlər keçirdi – FOTO

Bill Qeyts rus qızlarından xəstəliyə yoluxub? - Keçmiş həyat yoldaşının sözləri gündəmi silkələdi - FOTO/VİDEO

Bill Qeyts rus qızlarından xəstəliyə yoluxub? - Keçmiş həyat yoldaşının sözləri gündəmi silkələdi - FOTO/VİDEO

Qardaşı uşaqlarını baltalayan əminin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qardaşı uşaqlarını baltalayan əminin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Göygöldə 40 yaşlı kişinin meyiti TAPILDI

Göygöldə 40 yaşlı kişinin meyiti TAPILDI

Azərbaycanda bu sahələrə işçi tapmaq olmur - SİYAHI

Azərbaycanda bu sahələrə işçi tapmaq olmur - SİYAHI

Heç bir əsas olmadan dağılan AİLƏLƏR – Məhkəmədə niyə səbəb tələb olunmur?

Heç bir əsas olmadan dağılan AİLƏLƏR – Məhkəmədə niyə səbəb tələb olunmur?

Xırdalanda ağac aşdı, sürücü son anda xilas oldu - ANBAAN VİDEO

Xırdalanda ağac aşdı, sürücü son anda xilas oldu - ANBAAN VİDEO

Bakıda binanın fasadı uçaraq maşınları zədələdi – VİDEO

Bakıda binanın fasadı uçaraq maşınları zədələdi – VİDEO

End of content

No more pages to load

RADİO