90-cı illərdə Azərbaycan Qarabağ danışıqlarında nəyə razılaşıb? – Tofiq Zülfüqarov HƏQİQƏTİ AÇDI

Keçən əsrin 90-cı illərində Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, danışıqlar prosesi Azərbaycan xarici siyasətində başlıca xətti təşkil edirdi. Həmin dönəmdə müzakirə olunan məsələlər, problemin sülh yolu ilə həlli üçün vasitəçilərdən gələn müxtəlif təkliflər hələ də böyük maraq doğurur.

Təsadüfi deyil ki, ötən həftə ABŞ Dövlət Departamenti 1990-cı illərdə Azərbaycan-Ermənistan danışıqları ilə bağlı bir sıra məqamları ictimaiyyətə açıqladı.

Həmin faktlar içərisində xüsusilə diqqət çəkən məqam ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın münaqişənin həlli ilə bağlı ortaq mövqeyə gəlmələri olub. 
Qeyd olunur ki, 1997-ci ildə üç vasitəçi öz ideyalarını vahid sənəddə birləşdirə nail olublar. Həmin dönəmdə Ermənistan Prezidenti Levon Ter-Petrosyan da erməni tərəfinin beynəlxalq birliyin iradəsinə zidd getməsinin nə qədər təhlükəli olduğunu bildirir.

Lakin 1998-ci ildə Ter-Petrosyanın məcburi istefasından sonra Qarabağ separaçtılarından olan Robert Köçəryan hakimiyyətə gəlir və danışıqlar nəticəsiz qalır.

Bəs, həmin dövrdə keçmiş vasitəçilər münaqişənin sülh yolu ilə həlli məsələsində nə qədər səmimi idilər? Koçaryanın hakimiyyətə gəlməsi və danışıqların nəticəsiz qalması hansı qüvvələrin fəaliyyətinin nəticəsi idi?

Bu suallara cavab tapmaq üçün dönəmin xarici işlər naziri Tofiq Zülfüqarova müraciət etdik.

Sabiq nazir Bizim.Media-ya açıqlamasında bildirdi ki, həmin dövrdə vasitəçilər üç ölkənin adından təkliflərlə çıxış edirdilər:

“Bu baxımdan onların mövqeyi üst-üstə düşürdü. Amma real olaraq, maraqların toqquşması var idi. Yalnız görüntü yaratmaq üçün birlik mövcud idi. Lakin onların eyni mövqedən çıxış etdiklərini düşünmürəm. Elə Ermənistanda da Ter-Petrosyanın devrilməsi və Koçaryanın hakimiyyətə gəlməsini “ruslar öz adamını gətirdilər” kimi dəyərləndirirdilər. 

Fransa isə Koçaryanın hakimiyyətə gəlişinə ciddi şəkildə maneələr törətməyə çalışırdı. Fransa Prezidenti Jak Şirak həmin vaxt baş nazir olan Koçaryanı Parisə çağırıb ona xəbərdarlıq da etmişdi. Yenə o düşüncədəyəm ki, görüntü kimi vahid mövqe ortaya qoyulsa da, vasitəçilər arasında maraqlar toqquşması mövcud idi”.

Müsahibimiz Azərbaycan tərəfinin sözügedən təkliflər qarşısında hansı mövqeyi tutması ilə bağlı da fikirlərini bölüşüb:

“Bizim həmin təkliflərə onlarla etirazımız var idi. Lakin onu da anlayırdıq ki, sözügedən təkliflər gələcək sazişin ilkin tezisləridir. Bütün təkliflər son müqavilənin mətni kimi qarşımıza gəldikdə, yekun sənəd çərçivəsində diplomatik qaydada hər bir məsələyə münasibət bildirib, daha sonra qəbul edib-etməmək hüququmuz qalırdı.
Biz bütün hallarda təklifləri “əsasən qəbul edirik” deyirdik. Bu o deməkdir ki, biz torpaqlarımızın azad olunmasına razıyıq, amma prosesin hansı formada olacağı ilə bağlı isə müzakirələrə ethiyac var”.

Tofiq Zülfüqarov həmin dövrdə irəli sürülən təkliflərin “vasitəçilər”in vəziyyətə baxışının təzahürü olduğunu qeyd edib:

“Onların təklifləri ilk növbədə öz dövlətlərinin maraqları ilə bağlıdır. Digər tərəfdən, münaqişədə iştirak edən ölkələrin potensialı da təkliflərə təsir edirdi. Onlar Azərbaycanın istənilən məsələyə razı olacağını düşünürdülər. Xüsusilə də, Azərbaycanın mövcud durumu, işğal olunmuş ərazilər, neft gəlirlərinin olmaması vasitəçilərdə bu cür fikir formalaşdırmışdı.  

Amma onlar anlamırdılar ki, biz həmin dönəmdə vaxt qazanıb, əsas məsələləri həll etməliydik. Yəni, dövlət qurulmalı, neft gəlirləri əldə olunmalı, ordu quruculuğu istiqamətində işlər görülməli idi. Başa düşmək lazımdır ki, diplomatik danışıqlar bu və ya digər ölkənin gücünü əks etdirir. Diskussiyalar “mənim mövqeyim doğrudur”, “mən ədalətli mövqe sərgiləyirəm” formasında cərəyan etmir. Bunlar hamısı boş şeylərdir.

Bizə deyirdilər ki, “nə üçün bu təkliflərə razı olmursuz?”. Biz bildirirdik ki, “bu ədalətli deyil”. Onda isə cavab bu cür olurdu:

“Əgər vuruşmaq istəyirsinizsə, gedin vuruşun”. Bilirdilər ki, bizim imkanımız yoxdur. Həmin il büdcəmiz cəmi 200 milyon dollar olmuşdu. 

Anlamalıyıq ki, indi tamamilə fərqli reallıq mövcuddur. İndi edilən təkliflər də tamamilə fərqlidir. Onlar anlayırlar ki, Azərbaycan güclü dövlətdir, hərbi baxımdan məsələlərin əksəriyyətini həll edib. İnsanlar bizim hansı yollardan keçdiyimizi başa düşməlidirlər. Kiminsə həqiqəti deməsi əsas məsələ deyil. Səhərdən-axşamadək həqiqəti danış, kimdir sənə qulaq asan? Sənin haqlı olmağına qiymət verən yoxdur. 
Biz sadəcə diplomatik baxımdan təzyiqlərin olmaması üçün, təkliflərə əsasən razı olduğumuzu deyirdik. Amma bilirdik ki, əgər sonda heç bir xeyir əldə olunmayacaqsa, istənilən danışıqları bir əsr də uzatmaq olar”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti: BƏƏ bir çox ölkələr üçün həqiqətən bir nümunədir

Azərbaycan Prezidenti: BƏƏ bir çox ölkələr üçün həqiqətən bir nümunədir

Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

İlham Əliyev: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir"

İlham Əliyev: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir"

Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

SON DƏQİQƏ! Şəmsi Səmədzadə həbs olundu

SON DƏQİQƏ! Şəmsi Səmədzadə həbs olundu

Mehriban Ələkbərzadəyə AzTV-də yüksək vəzifə verildi

Mehriban Ələkbərzadəyə AzTV-də yüksək vəzifə verildi

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan arasında tarix yazılır” – FOTO

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan arasında tarix yazılır” – FOTO

Qarlı hava Bakıda aeroportun fəaliyyətinə təsir edibmi? – Rəsmi açıqlama

Qarlı hava Bakıda aeroportun fəaliyyətinə təsir edibmi? – Rəsmi açıqlama

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasiminə belə gəldi - VİDEO

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasiminə belə gəldi - VİDEO

Əmisi tərəfindən baltalanan Həqiqət niyə Cəlilabadda DƏFN olunmadı? - ÖZƏL/FOTO

Əmisi tərəfindən baltalanan Həqiqət niyə Cəlilabadda DƏFN olunmadı? - ÖZƏL/FOTO

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –CANLI

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –CANLI

ABŞ bu ölkəyə az sayda hərbçi göndərdi

ABŞ bu ölkəyə az sayda hərbçi göndərdi

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

Gəncədə 17 yaşlı gənc xəstəxanalıq oldu

Gəncədə 17 yaşlı gənc xəstəxanalıq oldu

Məşhur futbolçu Türkiyə klubuna KEÇƏ BİLƏR

Məşhur futbolçu Türkiyə klubuna KEÇƏ BİLƏR

Puqaçova Qalkinlə Alp dağlarında belə dincəlir – FOTO

Puqaçova Qalkinlə Alp dağlarında belə dincəlir – FOTO

“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Ağsuda tədbirlər keçirdi – FOTO

“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Ağsuda tədbirlər keçirdi – FOTO

Bill Qeyts rus qızlarından xəstəliyə yoluxub? - Keçmiş həyat yoldaşının sözləri gündəmi silkələdi - FOTO/VİDEO

Bill Qeyts rus qızlarından xəstəliyə yoluxub? - Keçmiş həyat yoldaşının sözləri gündəmi silkələdi - FOTO/VİDEO

Qardaşı uşaqlarını baltalayan əminin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qardaşı uşaqlarını baltalayan əminin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Göygöldə 40 yaşlı kişinin meyiti TAPILDI

Göygöldə 40 yaşlı kişinin meyiti TAPILDI

Azərbaycanda bu sahələrə işçi tapmaq olmur - SİYAHI

Azərbaycanda bu sahələrə işçi tapmaq olmur - SİYAHI

Heç bir əsas olmadan dağılan AİLƏLƏR – Məhkəmədə niyə səbəb tələb olunmur?

Heç bir əsas olmadan dağılan AİLƏLƏR – Məhkəmədə niyə səbəb tələb olunmur?

Xırdalanda ağac aşdı, sürücü son anda xilas oldu - ANBAAN VİDEO

Xırdalanda ağac aşdı, sürücü son anda xilas oldu - ANBAAN VİDEO

Bakıda binanın fasadı uçaraq maşınları zədələdi – VİDEO

Bakıda binanın fasadı uçaraq maşınları zədələdi – VİDEO

End of content

No more pages to load

RADİO