12 ölkənin səyyahlarının Qarabağa səfəri başladı

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir.

Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib.
Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

Şəmsi Səmədzadə necə həbs olunub? — Detallar AÇIQLANDI

Şəmsi Səmədzadə necə həbs olunub? — Detallar AÇIQLANDI

Premyer Liqa klubu baş məşqçisi ilə SAĞOLLAŞA BİLƏR

Premyer Liqa klubu baş məşqçisi ilə SAĞOLLAŞA BİLƏR

Paşinyan: “Sülh hər bir kəsə lazımdır”

Paşinyan: “Sülh hər bir kəsə lazımdır”

Prezident: “Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq”

Prezident: “Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq”

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" TƏQDİM OLUNDU - FOTO/VİDEO

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" TƏQDİM OLUNDU - FOTO/VİDEO

Paşinyan: “Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar”

Paşinyan: “Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar”

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Trampa təşəkkür etdi - VİDEO

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Trampa təşəkkür etdi - VİDEO

İlham Əliyev: “Biz sülh şəraitində yaşamağı öyrənirik”

İlham Əliyev: “Biz sülh şəraitində yaşamağı öyrənirik”

Prezident Paşinyanla zarafatlaşdı - “İlk kim çıxış edəcək?” – VİDEO

Prezident Paşinyanla zarafatlaşdı - “İlk kim çıxış edəcək?” – VİDEO

Heyvanlar yenidən peyvəndlənməyə başlanıb – Yeni xəstəlik yayılıb?

Heyvanlar yenidən peyvəndlənməyə başlanıb – Yeni xəstəlik yayılıb?

Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

Azərbaycan Prezidenti: BƏƏ bir çox ölkələr üçün həqiqətən bir nümunədir

Azərbaycan Prezidenti: BƏƏ bir çox ölkələr üçün həqiqətən bir nümunədir

İlham Əliyev: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir" - VİDEO

İlham Əliyev: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir" - VİDEO

Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

SON DƏQİQƏ! Şəmsi Səmədzadə həbs olundu

SON DƏQİQƏ! Şəmsi Səmədzadə həbs olundu

Mehriban Ələkbərzadəyə AzTV-də yüksək vəzifə verildi

Mehriban Ələkbərzadəyə AzTV-də yüksək vəzifə verildi

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan arasında tarix yazılır” – FOTO

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan arasında tarix yazılır” – FOTO

Qarlı hava Bakıda aeroportun fəaliyyətinə təsir edibmi? – Rəsmi açıqlama

Qarlı hava Bakıda aeroportun fəaliyyətinə təsir edibmi? – Rəsmi açıqlama

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasiminə belə gəldi - VİDEO

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasiminə belə gəldi - VİDEO

Əmisi tərəfindən baltalanan Həqiqət niyə Cəlilabadda DƏFN olunmadı? - ÖZƏL/FOTO

Əmisi tərəfindən baltalanan Həqiqət niyə Cəlilabadda DƏFN olunmadı? - ÖZƏL/FOTO

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO

ABŞ bu ölkəyə az sayda hərbçi göndərdi

ABŞ bu ölkəyə az sayda hərbçi göndərdi

End of content

No more pages to load

RADİO