Sabah Azərbaycanın SOCAR və Rumıniyanın “Romqaz” dövlət neft şirkəti yeni sazişə imza atacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında məlumat verib.
“Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək”, - deyə Klaus Yohannis qeyd edib.
Bizim.Media