Qənirə Paşayeva AŞPA-ya çıxarılan "Qarabağ sənədi" ilə bağlı sensasion faktlar açıqladı

"AŞPA-da 11 illik fəaliyyətim dövründə ən ədalətsiz bir müzakirənin şahidi oldum". 
 
Bu sözləri Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan əleyhdarlarına daha çox çıxış etmək imkanı yaradılan müzakirələrdə bir daha din faktorunun nə qədər önəmli olduğu hiss edilib:
 
“Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”x9d adlı hesabatın müzakirəsi zamanı çıxışa yazılmış 6 nəfər Azərbaycan münayəndə heyəti üzvündən yalnız Rafael Hüseynova söz verildi və o, həqiqətləri Assambleyanın diqqətinə çatdırdı. Müzakirələr elə təşkil edilmişdi ki, ümumiyyətlə çox az adam çıxış edə bildi. Azərbaycan əleyhdarlarına daha çox çıxış etmək imkanı yaradılan müzakirələrdə bir daha din faktorunun nə qədər önəmli olduğunu hiss etmək çətin deyildi. ATƏT-in Minsk Qrupu həmsədrləri isə bütün təzyiq gücünü işə salaraq “monopoliyamda olan məsələnin müzakirəsinə imkan verməyəcəm”x9d açıqlamasını bir sıra millət vəkilinin dilindən açıq şəkildə səsləndirdi. Minsk Qrupu həmsədrlərinin bu mövqeyi onların problemin həllində deyil, onun dondurulmuş vəziyyətdə saxlanmasında maraqlı olduqlarını, ədalətin yanında olmadıqlarını bir daha sübut etdi”x9d. 
 
Q.Paşayeva bildirib ki, nəinki bütün Ermənistan, erməni lobbisi, bir sıra Avropa dövlətləri də sənədin qəbul olunmaması üçün ciddi lobbiçilik ediblər: 
 
“Özəlliklə Fransanı qeyd etmək istərdim. Fransa nümayəndə heyətindən çıxış edənlərin Ermənistan heyətindəkilərdən heç bir fərqi yox idi. Çıxış imkanı olmamasına baxmayaraq, düzəlişlərlə bağlı 30 saniyəlik qısa zamandan istifadə edərək AŞPA-dakı həmkarlarımı Azərbaycan heyəti adından sənədin qəbuluna çağırsam da, psixoloji ab-havanın nə qədər gərgin olduğunu hamımız hiss edirdik. Amma Azərbaycan bütün ədalətsizliklərə rağmən çox iş aparmışdı və sadəcə 4 səslə sənədin qəbul olunmasını əngəllədilər”x9d. 
 
Deputat “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi”x9d adlı məruzənin AŞPA-da qəbuluna da münasibət bildirib: 
 
“Birinci sənədi əngəlləsələr də, onun daxilində olan əsas məsələ - Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, saxlaması məsələsi 2-ci sənəddə də öz əksini tapır və bu sənədin qəbulu çox vacib idi. Bu sənəddə Ermənistanın işğalçılığından tutmuş insanlığa qarşı addımlarına qədər, hər şey əks olunub. Ərazilərimizin Ermənistanın işğalından azad edilməsi üçün Azərbaycan dövləti sadəcə Ermənistan, erməni diasporu və lobbisi ilə deyil, onların arxasında dayanan bir sıra başqa güc və dövlətlərlə də mübarizə aparır. Bunu bugünkü müzakirələrdə bir daha açıq görə bildik və bütün dünyada yaşayan türklərin bunları bilməsi çox vacibdir”x9d. 
 
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində bu gün “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri”x9d qətnaməsi 98 lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması”x9d qətnaməsi isə 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Neft Daşlarında meyit tapıldı

Neft Daşlarında meyit tapıldı

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

End of content

No more pages to load

RADİO