“Biz NATO peykləri də daxil olmaqla bütün hərbi infrastrukturun Ukraynanın maraqları üçün Rusiyaya qarşı işlədiyini görürük”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Rusiya və ABŞ arasında qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı hədəfləyən Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) vacibliyini vurğulayıb:
“Əslində bu, ABŞ-nin təhlükəsizlik və silahlara nəzarət üçün bütün hüquqi və müqavilə çərçivələrini məhv etdiyi üçün qüvvədə qalan yeganə müqavilədir”.
Peskov Ukraynaya yeni uzaqmənzilli raketlərin göndərilməsinin mümkünlüyünü də qiymətləndirib:
“Bu, gərginliyi artırmaq üçün bir yoldur və bizdən əlavə səylər göstərməyi tələb edəcək. Lakin bu, hadisələrin gedişatını dəyişməyəcək və xüsusi hərbi əməliyyat davam edəcək”.
Bizim.Media