Təzminatla bağlı Ermənistana qarşı İLK PROSES başladılıb - TƏFƏRRÜAT

Azərbaycan daha bir uğura imza atıb. Azərbaycan dövləti tarixdə ilk dəfə Bern Konvensiyasına əsasən, Ermənistana qarşı arbitraj prosesini başladıb. Bu sahədən azca başı çıxan adam anlamalıdır ki, Bern Konvensiyasının arbitraj səviyyəsinə gəlib çatması üçün ən azı 2 il bununla bağlı faktlar toplamalısan, beynəlxalq ekspertləri gətirməlisən, BMT-nin müvafiq agentlikləri ilə işləməlisən.

Ən əsası Arbitraja qədər ölkələr arasında qaydalara əsasən, bu proses məxfi getməlidir. Son iki il ərzində bu istiqamətdə ciddi işlər aparılıb. Hələik ilkin məqsədə nail olunub.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məsələ ilə bağlı Bizim.Media-ya ətraflı açıqlama verib:

“Azərbaycan dövləti Vyana konvensiyasını rəhbər tutaraq Ermənistan dövlətini Beynəlxalq Arbitraja verib. Bu da təbii ki, Bern Konvensiyasına uyğun həyata keçirilib. 18 yanvar 2023-cü ildən artıq bu prodsedur başlayıb. Bern Konvensiyasına görə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv etməsinə görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istəyir”.

Komitə sədri onu da qeyd edib ki, bu prodseduru birdən-birə başlamaq mümkün deyil:

“Bundan ötrü mütləq araşdırmalar olmalıdır. Əldə kifayət qədər faklara olmalıdır və bu faktlar qiymətləndirilməlidir. Bu qiymətləndirməni aparmaq üçün Beynəlxalq ekspertlər həmin ərazilərə gətirilməlidir. Və onlar tərəfindən təqdim edilən faktlar təsdqilənməlidir. Bir sözlə dəymiş ziyan tam dəqiqliklə və obyektiv şəkildə təhlil edilib öyrənilməli və yalnız bundan sonra Beynəlxalq Arbitraja təqdim edilməlidir. Üstəlik, Beynəlxalq Arbitraja çıxarılmamışdan əvvəl Azərbaycan müəyyən prodsedurlardan keçməlidir”.

Çingiz Qənizadə bir məqama da toxundu:

“Həlilik proses ilkin mərhələdədir. İşğal olunmuş ərazilərdə dəymiş ekoloji ziyanla bağlı ilk iddianı qaldırırıq. Bu bizə gələcəkdə işğal dövründə Azərbaycan dövlətinə və onun vətəndaşlarına dəymiş ziyanla bağlı iddiaların qaldırılmasına da zəmin yaradır.
Məndə olan məlumata görə bu sahədə təcrübəsi olan Beynəlxalq təşkilatların Azərbaycana dəvət olunması və onlarla birgə iş aparılması istiqamətində işlər reallaşır. Yəqin ki, yaxın gələcəkdə bütün ziyanlar tam araşdırıldıqdan və qiymətləndirildikdən sonra Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat iddiası qaldırılacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Müəllimlər bu halda işdən çıxarıla bilər

Müəllimlər bu halda işdən çıxarıla bilər

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

Ronaldo “Əl Nəsr”i HƏDƏLƏDİ

Ronaldo “Əl Nəsr”i HƏDƏLƏDİ

Prezidentdən təltif olunduğu mükafatla bağlı PAYLAŞIM - FOTO

Prezidentdən təltif olunduğu mükafatla bağlı PAYLAŞIM - FOTO

ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ

ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ

Niyə şər deməsən xeyir gəlməz? – Bədbinliyin faydalı TƏRƏFLƏRİ

Niyə şər deməsən xeyir gəlməz? – Bədbinliyin faydalı TƏRƏFLƏRİ

Zərərçəkənlər dələduzluqda təqsirləndirilən bağça direktorunun əməllərindən DANIŞDILAR

Zərərçəkənlər dələduzluqda təqsirləndirilən bağça direktorunun əməllərindən DANIŞDILAR

Kral II Abdullah İlham Əliyevi TƏBRİK ETDİ

Kral II Abdullah İlham Əliyevi TƏBRİK ETDİ

Şahbaz Şərif: “İlham Əliyev Qafqazda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır”

Şahbaz Şərif: “İlham Əliyev Qafqazda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır”

“Fənərbağça”nın legioneri Ərəbistan KLUBUNDA

“Fənərbağça”nın legioneri Ərəbistan KLUBUNDA

“İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb” - Şahbaz Şərif

“İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb” - Şahbaz Şərif

Pensiyaçılara VACİB XƏBƏR: Əgər Sovet dövründə iş stajınız varsa, o zaman...

Pensiyaçılara VACİB XƏBƏR: Əgər Sovet dövründə iş stajınız varsa, o zaman...

Mirziyoyev: “İlham Əliyevi səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir”

Mirziyoyev: “İlham Əliyevi səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir”

Tokayev: “Azərbaycan ilə Ermənistan arasında sülh diplomatiyaya etimadı gücləndirib”

Tokayev: “Azərbaycan ilə Ermənistan arasında sülh diplomatiyaya etimadı gücləndirib”

End of content

No more pages to load

RADİO