ATƏT-in baş katibi Helqa Maria Şmid ölkəmizin Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Bizim.Media xəbər verir ki, Baş katib bununla bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.
“Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayıram. Həlak olan şəxsin qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm”, - Şmid qeyd edib.
Bizim.Media
