İranın Azərbaycandakı səfirliyinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.
Ərazidə çəkiliş edən Bizim.Media-nın əməkdaşları buna şahid olublar.
Əməkdaşlarımızın müşahidəsinə görə hazırda səfirliyin qapıları bağlıdır, içəridəki işıqlar söndürülüb və fəaliyyət dayanıb. Həmçinin, İran səfirliyinin qarşısına əlavə polislər cəlb edilib.
Səfirliyin qarşısında dayanmaq istəyənlər ərazidən uzaqlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyinə hücumdan 1 gün keçir. Azərbaycan səfirliyə hücumu "terror" kimi qiymətləndirib. Qanlı hadisə ilə bağlı isə Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi açılıb.
Alçina Amilqızı, Əfqan Pənahoğlu, Bizim.Media