“Amerika Birləşmiş Ştatları bu gün səhər saatlarında Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
“Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik. Bu gün həlak olan şəxsin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - deyə bəyanatda qeyd edilib.
Bizim.Media