Yaponiyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəsmi “Facebook” hesabında məlumat verilib.
“Yaponiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə nəticəsində həlak olmuş və yaralanmış şəxslərin ailə üzvlərinə və Xarici İşlər Nazirliyindəki həmkarlarına başsağlığını çatdırır, xəsarət alanların tezliklə sağalmasını arzu edir”, - deyə paylaşımda qeyd edilib.
Bizim.Media