Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə və diplomatik missiya üzvlərinin xəsarət alması ilə nəticələnən silahlı hücumunu qətiyyətlə pisləyən bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, Qazaxıstan diplomatik missiyalara və onların nümayəndələrinə qarşı hər hansı zorakılıq, təcavüz hərəkətlərini qəbuledilməz sayır:
"Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını, normalarını pozur və ümumi qınaq obyekti olmalıdır.
Qardaş Azərbaycan xalqına, habelə vəfat etmiş Azərbaycan vətəndaşı Orxan Əsgərovun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xəsarət almış şəxslərə tezliklə sağalmasını arzu edirik. Əminik ki, İran İslam Respublikasının hakimiyyəti hadisəni hərtərəfli araşdırmasını aparacaq, törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək".
Bizim.Media