Azərbaycanın işğal altındakı 8 kəndi BMT-də GÜNDƏMƏ GƏTİRİLDİ

“Ermənistanın silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələrini ölkəmizin ərazisindən tam çıxarmaqdan və işğal olunmuş 8 sərhədyanı kəndi Azərbaycana qaytarmaqdan imtina etməsi, eləcə də davam edən mina terroru və digər qanunsuz fəaliyyətləri, Azərbaycanda köhnəlmiş və ya uydurma adlarla yaşayış məntəqələrinə istinadlar, geniş yayılmış qarayaxma kampaniyası və dezinformasiya, eyni zamanda onun ərazisində fəaliyyət göstərən etnomillətçi qruplar tərəfindən irqi nifrətin qızışdırılması və təbliğatının qarşısının alınmaması BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, insan hüquqlarına və sülh gündəliyinə heç bir şəkildə uyğun gəlmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının gündəliyindəki “Sülh quruculuğu və sülhün dəstəklənməsi” bəndi ilə bağlı “Mürəkkəb çağırışlara davamlılıq yaratmaq məqsədilə insanlara investisiya” mövzusundakı bəyanatında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İtkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı BMT-yə MÜRACİƏT OLUNDU


Azərbaycan nümayəndəsinin sözlərinə görə, Ermənistan minlərlə itkin düşmüş azərbaycanlının hesabatını verməkdən və münaqişə zamanı silahlı qüvvələrinin törətdiyi çoxsaylı vəhşilikləri araşdırmaqdan imtina edib:

“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba verib. Özünü sivilizasiyanın mərkəzi və insan hüquqlarının alovlu müdafiəçisi adlandıran bir ölkənin bu qalıqları bütün mənəvi qanunlara zidd olaraq, beynəlxalq humanitar hüquqa zidd olaraq otuz ildir saxlaması dərin hiddət doğurmaya bilməz”.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycanın təcrübəsi münaqişələrin qarşısının alınması və həlli, dövlətlərin suverenliyinə və bütövlüyünə hörmətin təmin edilməsi, nifrət və dezinformasiyaya qarşı, sülhün qurulması və qorunması üçün daha çox iş görməyin lazım olduğunun nümunəsi və xatırlatmasıdır:

“Münaqişədən təsirlənmiş və postmünaqişə sülh quruculuğu, yenidənqurma, reabilitasiya və reinteqrasiya ilə məşğul olan dövlətlərə dəstəyin göstərilməsi Birləşmiş Millətlər Təşkilatının bütün sisteminin mühüm öhdəliyidir və belə də qalmalıdır.
Bu cür dəstəyə həm də bugünkü təhdid və çağırışlara davamlılıq yaratmaq üçün insanlara investisiya etmək kontekstində lazımdır.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək, xalqını qorumaq, regionda sülh və sabitliyi bütün mümkün vasitələrlə təmin etmək əzmində qətidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

Bu gün saat 21:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bu gün saat 21:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

İran ABŞ-la danışıqlara başlamaq üçün şərtlərini açıqladı

İran ABŞ-la danışıqlara başlamaq üçün şərtlərini açıqladı

TƏBİB-də vəzifəsindən azad edilən şəxslərin SİYAHISI

TƏBİB-də vəzifəsindən azad edilən şəxslərin SİYAHISI

SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır

SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır

Latviya Prezidenti İlham Əliyevə təşəkkür etdi - FOTO

Latviya Prezidenti İlham Əliyevə təşəkkür etdi - FOTO

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Mişel Obama etiraf etdi: Barak Obama ilə münasibəti əvvəlcə yersiz hesab edirdim

Mişel Obama etiraf etdi: Barak Obama ilə münasibəti əvvəlcə yersiz hesab edirdim

İsrailin Bakıdakı səfirliyi: Azərbaycanla dostluğun daha da güclənəcəyinə ümid edirik - FOTO

İsrailin Bakıdakı səfirliyi: Azərbaycanla dostluğun daha da güclənəcəyinə ümid edirik - FOTO

Sürücülərin DİQQƏTİNƏ! Bu yol bir həftə bağlı olacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yol bir həftə bağlı olacaq

Maykl Ceksonun qardaşı oğlu: Əmim heç vaxt ağdərili olmaq istəməyib

Maykl Ceksonun qardaşı oğlu: Əmim heç vaxt ağdərili olmaq istəməyib

Bakı metrosunda qatarların hərəkət intervalları azaldıldı

Bakı metrosunda qatarların hərəkət intervalları azaldıldı

Xanım güləşçimiz Avropa çempionatının YARIMFİNALINDA

Xanım güləşçimiz Avropa çempionatının YARIMFİNALINDA

Corc Buşun qızı: “Mən kişi kimi görünürəm?”

Corc Buşun qızı: “Mən kişi kimi görünürəm?”

Hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏ

Hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏ

"Atam küçədə yıxılıb, ona kömək edən OLMAYIB"

"Atam küçədə yıxılıb, ona kömək edən OLMAYIB"

Bu klub 16 yaşlı braziliyalı forvardı 40 milyon avroya transfer edəcək?

Bu klub 16 yaşlı braziliyalı forvardı 40 milyon avroya transfer edəcək?

Paşinyan xəyanət iddiasından yazan qəzeti yenidən MƏHKƏMƏYƏ VERDİ

Paşinyan xəyanət iddiasından yazan qəzeti yenidən MƏHKƏMƏYƏ VERDİ

Latviya Prezidenti “Bakı Ağ Şəhər”də - FOTO

Latviya Prezidenti “Bakı Ağ Şəhər”də - FOTO

Trampın keçmiş gəlinindən yeni XƏBƏR VAR

Trampın keçmiş gəlinindən yeni XƏBƏR VAR

İsrail ordusu Livanın erməni hərbçisini saxladı

İsrail ordusu Livanın erməni hərbçisini saxladı

"Ən varlı, gözəl, xoşbəxt mənəm"

"Ən varlı, gözəl, xoşbəxt mənəm"

Hamlet Musayevin qızı həbs edildi

Hamlet Musayevin qızı həbs edildi

Bu şəxslər üçün dövlət rüsumu 550 manat OLACAQ

Bu şəxslər üçün dövlət rüsumu 550 manat OLACAQ

End of content

No more pages to load

RADİO