Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın yaxın gələcəkdə Azərbaycana səfəri gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə xüsusi nümayəndəliyin məlumatında bildirilib.
Qeyd olunub ki, Aİ-nin xüsusi nümayəndəsi müntəzəm keçirilən yüksək səviyyəli məsləhətləşmələr üçün Ermənistanda səfərdədir.
“Xüsusi nümayəndə Toivo Klaarın yaxın gələcəkdə Bakıya səfər gözlənilir, lakin səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib”, - qeyd olunub.
Bizim.Media