Lavrovun Laçın yolu AÇIQLAMALARI – Kremlin Qarabağ siyasətində yeni planı nədir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi brifinqdə Cənubi Qafqaz regionu ilə bağlı bir sıra önəmli açıqlamalarla yadda qaldı.

Xüsusən də, Ermənistana yollanan Avropa İttifaqının missiyası və Laçın yolundakı durumla bağlı Rusiya XİN başçısının fikirləri daha çox maraq doğurub:

- “Azərbaycan məlumat verib ki, Ermənistan tərəfi Azərbaycanın mövqelərinə yaxın əraziləri minalamaq üçün oraya Laçın yolu ilə mina çatdırıb. Hazırda Rusiya sülhməramlıları bunun necə həyata keçirildiyini araşdırır”.

-  Yanvarın 17-də üç tərəf (Azərbaycan, Qarabağ erməniləri, rus sülhməramlıları) arasında danışıqlar aparılıb. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq.

- “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası tam hazırdır, lakin Ermənistan tərəfi orada uzunmüddətli əsasda missiyanın yerləşdirilməsinə dair Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Azərbaycanın razılığı olmadan bu missiyanın yerləşdirilməsi səmərəli olmayacaq”.

- “Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyin təmin edilməsi üçün KTMT missiyasının göndərilməsinin zəruriliyini irəli sürürdü və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq, lakin onu qəbul etmək mümkün olmadı. Çünki erməni həmkarlarımız bu sənəddə Azərbaycanın sərt şəkildə qınanılmasına israr etməyə başladılar"
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov: Lavrova Laçın yolu ilə bağlı konkret sübutlar ortaya qoyduğumuzu dedim


Lavrovun qeyd olunan açıqlamaları Rusiyanın regional siyasəti ilə bağlı bir sıra nəticələr çıxarmağa imkan verir:

Birincisi, Rusiya Laçın yolu ilə Xankəndinə silah-sursat daşınması açıq etiraf edildi. Doğrudur, Lavrov bu məsələni Azərbaycanın məlumatı kimi təqdim etdi, lakin istənilən halda, Rusiya sülhməramlılarının məsələni araşdıracağının qeyd olunması da, bir növ “günahçıxarma” kimi qəbul oluna bilər.

İkincisi, Qarabağda yaranmış vəziyyət Azərbaycanın maraqlarına cavab verir. Lavrov deyir ki, Azərbaycan rəsmilərinin sülhməramlılar və yerli ermənilərlər dialoqu baş tutub. Böyük ehtimalla, dialoq təklifi də çətin durumda olan tərəfdən, yəni Qarabağdakı erməni vətəndaşlarımızdan gəlib. Digər tərəfdən, Azərbaycan rəsmiləri məsələ ilə bağlı açıqlamalarında, Qarabağ ermənilərinin nümayəndələri ilə dialoqa hazır olduğunu dəfələrlə bəyan edib. İndiki vəziyyətdə təmasların qurulması isə əli daha güclü olan rəsmi Bakı üçün əla şansdır.

Üçüncüsü, Lavrovun açıqlamaları ilə yanaşı, erməni mənbələrində də dialoqla bağlı məlumatlar var və məlumdur ki, danışıqlarda Ruben Vardanyan iştirak etməyib. Məlumdur ki, daha əvvəl monitorinqə gedən rəsmilərimizin qarşısına sülhməramlılar Vardanyanı çıxarmış və faktiki olaraq müvafiq ərazilərə girişimizə “blok” qoymağa cəhd edilmişdi. Görünür, Vardanyan kartının uğursuzluğunu dərk edən Rusiya bu dəfə daha ağıllı davranıb.

Dördüncüsü, Rusiya Azərbaycanın maraqları ilə hesablaşdığını görünür. Laçın yolundakı məsələ ilə yanaşı, Aİ missiyası mövzusunda da Lavrov Azərbaycanın razılığı olmadan missiyanın səmərəsiz olacağını elan edir. 

Beşincisi, Ermənistanın KTMT tələblərinin ifşası. Məlumdur ki, sentyabrdakı sərhəd toqquşmalarından sonra İrəvan rəsmiləri mütəmadi olaraq KTMT-nin ünvanına tənqidlər səsləndirir, təşkilatı fəaliyyətsizlikdə ittiham edirdi. Lavrov isə məlum yığıncaqda əslində nəyin baş verdiyini açıqlamaqla Ermənistanın qəsdən KTMT ilə bağlı mənfi rəy yaratmağa çalışdığını göstərdi. Bu həm də onu göstərir ki, Kremlin gözündə KTMT ölkəsi olan Ermənistanın istəkləri, Azərbaycanın mövqeyi qarşısında ikinci plandadır.

Lavrovun açıqlamalarına istinad edib, gələcəklə bağlı üç əsas proqnozu vermək olar:

1. Rusiya-Ermənistan münasibətləri pisləşməyə davam edəcək.

2. Rusiya Qarabağ məsələsində atacağı addımlarda Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcbur olacaq.

3. Azərbaycan Laçın yoluna nəzarətdə bu və ya digər formada birbaşa iştirak edəcək. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Müharibədə 55 min ukraynalı hərbçi həlak olub”

Zelenski: “Müharibədə 55 min ukraynalı hərbçi həlak olub”

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik - Məhkumlar cərimələrini necə ÖDƏYƏCƏK?

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik - Məhkumlar cərimələrini necə ÖDƏYƏCƏK?

Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ - Bu halda rüsum ödəyəcəksiniz

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ - Bu halda rüsum ödəyəcəksiniz

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

"Napoli"nin kapitanı SIRADAN ÇIXDI

"Napoli"nin kapitanı SIRADAN ÇIXDI

Sumqayıtda məktəb müəllimi vəfat etdi - FOTO

Sumqayıtda məktəb müəllimi vəfat etdi - FOTO

Heyvanlar arasında peyvəndləmə tədbirlərinə başlanıldı - FOTO

Heyvanlar arasında peyvəndləmə tədbirlərinə başlanıldı - FOTO

"Qalatasaray" və "Başakşehir"dən QƏLƏBƏ

"Qalatasaray" və "Başakşehir"dən QƏLƏBƏ

İspanaq yeyərkən iki dəfə DÜŞÜNÜN: Fayda əvəzinə zəhər saça bilər

İspanaq yeyərkən iki dəfə DÜŞÜNÜN: Fayda əvəzinə zəhər saça bilər

“Sabah”-“Qəbələ” oyununda da qol vurulmadı

“Sabah”-“Qəbələ” oyununda da qol vurulmadı

Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Müəllimlər bu halda işdən çıxarıla bilər

Müəllimlər bu halda işdən çıxarıla bilər

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

End of content

No more pages to load

RADİO