XİN başçısı: “Azərbaycan Ermənistanın mövqeyinə baxmayaraq, sülh gündəliyinin irəli aparılmasında qərarlıdır”

“Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarına baxmayaraq, Azərbaycan danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır, bəyan etdiyi və sülh gündəliyinin rəli aparılmasında qərarlıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 19 yanvar 2023-cü il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüşündə deyib. 

Görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq məsələlər, Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. 
Nazir Ceyhun Bayramov, Azərbaycan və NATO arasında davamlı siyasi dialoqun müxtəlif sahələrdə əməkdaşlığa töhfə verdiyini qeyd edib. Beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən bir ölkə kimi Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirakının tərəfimizdən bu sahədə əməkdaşlığa verilən əhəmiyyətin təcəssümü olduğu diqqətə çatdırılıb. 

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mina təhdidinin davam etdirilməsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. 

Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, guya Azərbaycan ərazilərindəki erməni sakinlərinin blokadaya alınması, vəziyyətin humanitar böhran səviyyəsinə çatması ilə bağlı əsassız iddiaların həqiqəti əks etdirmədiyini və bu addımların 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla yalnız humanitar məqsədlər üçün istifadəsi nəzərdə tutulan Laçın yolundan sui-istifadə faktlarını pərdələməkdən, sülh gündəliyi üzrə danışıqlara xələl gətirməkdən başqa bir şey olmadığını diqqətə çatdırıb. 

Xüsusi nümayəndə Xavyer Kolomina, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib. Azərbaycanın NATO çərçivəsində sülhməramlı əməliyyatlarda iştirakını məmnunluqla qeyd edən xüsusi nümayəndə, Azərbaycan sülhməramlılarının Kabul beynəlxalq hava limanında təxliyyə işlərində əhəmiyyətli rol oynadığını vurğulayıb. Azərbaycan və NATO arasında digər sahələrdə, o cümlədən, enerji təhlükəsizliyi, təhsil və s. sahələrdə əməkdaşlığın aparıldığı məmnunluqla qeyd edilib.
Bölgədə gərginliyin mövcudluğunun narahatlıq doğurduğu, bu xüsusda sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Müharibədə 55 min ukraynalı hərbçi həlak olub”

Zelenski: “Müharibədə 55 min ukraynalı hərbçi həlak olub”

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik - Məhkumlar cərimələrini necə ÖDƏYƏCƏK?

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik - Məhkumlar cərimələrini necə ÖDƏYƏCƏK?

Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ - Bu halda rüsum ödəyəcəksiniz

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ - Bu halda rüsum ödəyəcəksiniz

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

"Napoli"nin kapitanı SIRADAN ÇIXDI

"Napoli"nin kapitanı SIRADAN ÇIXDI

Sumqayıtda məktəb müəllimi vəfat etdi - FOTO

Sumqayıtda məktəb müəllimi vəfat etdi - FOTO

Heyvanlar arasında peyvəndləmə tədbirlərinə başlanıldı - FOTO

Heyvanlar arasında peyvəndləmə tədbirlərinə başlanıldı - FOTO

"Qalatasaray" və "Başakşehir"dən QƏLƏBƏ

"Qalatasaray" və "Başakşehir"dən QƏLƏBƏ

İspanaq yeyərkən iki dəfə DÜŞÜNÜN: Fayda əvəzinə zəhər saça bilər

İspanaq yeyərkən iki dəfə DÜŞÜNÜN: Fayda əvəzinə zəhər saça bilər

“Sabah”-“Qəbələ” oyununda da qol vurulmadı

“Sabah”-“Qəbələ” oyununda da qol vurulmadı

Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Müəllimlər bu halda işdən çıxarıla bilər

Müəllimlər bu halda işdən çıxarıla bilər

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

End of content

No more pages to load

RADİO