Milli Məclis Avropa Parlamentinin qeyri-obyektiv qətnaməsinə etirazını bildirdi

Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri Bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib. 

Bəyanatda deyilir: 

“Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik.

Fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə həmin sənədin müəlliflərinin ikili standartlardan yenə də əl çəkə bilmədiklərini göstərir. 
Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları Üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusən erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməmişdir.

Aydın olur ki, Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər separatizmin, terrorizmin və müharibənin vəkilləri rolunu öhdəsinə götürmüş qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə zərbə altina alınır. 

Bu qüvvələr görmək istəmirlər ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir.

Bununla əlaqədar olaraq, Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədi ilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 1 aydan artıqdır davam edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz.

Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, “Qırmızı xaç” komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür. Bütün bunlar Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında hərəkət etdiklərini göstərir. 

Bu da vurğulanmalıdır ki, Avropa Parlamentində Cənubi Qafqaz bölgəsində baş verən proseslərdən xəbərdar olan, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Avropa Parlamentində təmsil olunan əsas siyasi partiyalar adı çəkilən qətnaməni dəstəkləməmiş və səsvermədə iştirak etməmişlər. Beləliklə, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmalarının təhriki ilə Avropa Parlamentinin səlahiyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı sənəd qəbul olunmuşdur.

Bununla da adı tez-tez korrupsiya qalmaqallarında hallandırılan Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurulmuşdur. 

Təəssüf ki, Avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı iki il ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar.

Qeyd edilməlidir ki, bu cür qətnamələr son dövrdə Avropada və dünyada cərəyan edən geosiyasi proseslər şəraitində Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinə də mənfi təsir göstərir.

Xatırlatmaq yerinə düşər ki, vaxtı ilə Avropa Parlamenti Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin də əleyhinə çıxırdı. 
Yuxarıda şərh edilənləri nəzərə alaraq, biz Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış bu destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədləri qəbul etməklə, bölgədə sülh və sabitlik yaradılması səylərinə kömək göstərməyə çağırırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Müharibədə 55 min ukraynalı hərbçi həlak olub”

Zelenski: “Müharibədə 55 min ukraynalı hərbçi həlak olub”

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik - Məhkumlar cərimələrini necə ÖDƏYƏCƏK?

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik - Məhkumlar cərimələrini necə ÖDƏYƏCƏK?

Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ - Bu halda rüsum ödəyəcəksiniz

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ - Bu halda rüsum ödəyəcəksiniz

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

"Napoli"nin kapitanı SIRADAN ÇIXDI

"Napoli"nin kapitanı SIRADAN ÇIXDI

Sumqayıtda məktəb müəllimi vəfat etdi - FOTO

Sumqayıtda məktəb müəllimi vəfat etdi - FOTO

Heyvanlar arasında peyvəndləmə tədbirlərinə başlanıldı - FOTO

Heyvanlar arasında peyvəndləmə tədbirlərinə başlanıldı - FOTO

"Qalatasaray" və "Başakşehir"dən QƏLƏBƏ

"Qalatasaray" və "Başakşehir"dən QƏLƏBƏ

İspanaq yeyərkən iki dəfə DÜŞÜNÜN: Fayda əvəzinə zəhər saça bilər

İspanaq yeyərkən iki dəfə DÜŞÜNÜN: Fayda əvəzinə zəhər saça bilər

“Sabah”-“Qəbələ” oyununda da qol vurulmadı

“Sabah”-“Qəbələ” oyununda da qol vurulmadı

Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Müəllimlər bu halda işdən çıxarıla bilər

Müəllimlər bu halda işdən çıxarıla bilər

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

End of content

No more pages to load

RADİO