Yanvarın 19-da Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi:
Yoldan magistrala” mövzusunda panel iclasında səmimi anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, iclas zamanı ölkəmizin başçısı İlham Əliyev dövlət rəsmilərinin sırayla əyləşməsinə diqqət çəkib.
Belə ki, Prezident neft borusunun Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə, oradan da Avropaya daşındığını xatırladaraq qeyd edib ki, indi də hökumət rəsmiləri panel iclasında məhz həmin sıra ilə əyləşiblər.
Sözügedən video görüntüləri təqdim edirik:
Bizim.Media