Azərbaycanda inzibati məsuliyyətdən azad etmənin xüsusi halı müəyyənləşdi

Azərbaycanda inzibati məsuliyyətdən azad etmənin xüsusi halı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. 

Bildirilib ki, İXM-in 134.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsində qəbul edilən qərarlar müəyyən olunub.  

Həmin qərarlardan biri 134.1.5-ci maddədə əks olunub. Həmin maddəyə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir.

Lakin inzibati xəta haqqında iş üzrə qərarın lağv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edən İXM-in 135-ci maddəsində qeyd olunan əsas (inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etməsi) əks olunmayıb. Məcəllədə olan bu ziddiyyəti aradan qaldırmaq məqsədilə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların sırasına inzibati xəta haqqında iş üzrə qəranın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi əlavə olunub. 

Dəyişikliyə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyəti nezerde tutan 528.1-ci maddənin dispozisiyası təkmilləşdirilərək yeni redaksiyada verilib.
Həmin maddədə nəzərdə tutulan inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə isə daha ciddi sanksiya nəzərdə tutan yeni inzibati xəta əlavə olunub (528.1-1-ci maddə). Bundan başqa, 528.3-cü maddədə inzibati xətanın hansı subyekt tərəfindən törədilməsi dəqiq göstərilib və 528-ci maddəyə yeni qeyd hissəsi əlavə edilməklə inzibati məsuliyyətdən azad etmənin xüsusi halı əks olunub. 

İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsinə əsasən, inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxsin əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir.

Qeyd olunanlara uyğun olaraq fiziki şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı qurum və ya pensiya təyin edən orqan tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı tədbirlərin görülməməsinə görə inzibati masuliyyət müəyyən edən yeni maddə əlavə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Arvadından sonra qızı da işdən çıxarıldı

Arvadından sonra qızı da işdən çıxarıldı

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

David Babayana da HÖKM OXUNDU

David Babayana da HÖKM OXUNDU

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Davit İşxanyan ömürlük azadlıqdan məhrum EDİLDİ

Davit İşxanyan ömürlük azadlıqdan məhrum EDİLDİ

End of content

No more pages to load

RADİO