Qərbi Azərbaycan İcması Ermənistan hökuməti qarşısında TƏLƏB QOYDU

Qərbi Azərbaycan İcması müraciət yayıb.

İcmadan Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilatımız hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənləri olmuş ərazilərdən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur.

İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.
Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər, və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilmişdir.

Bu proses 1905-06, 1918-21, 1948-53 və 1988-91-ci illərdə xüsusilə şiddətli və amansız olmuşdur.

Bu aktların, o cümlədən, 1918-21-ci illərdə “Ermənistan Respublikası”, “Dağlıq Ermənistan Respublikası” adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələri Ermənistana vermiş və yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və 1988-91-ci illərdə Ermənistan SSR-nin əməllərinin nəticələri hələ də qalmaqdadır.

Aparılmış etnik təmizləmə nəticəsində 1991-ci ildən həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən, məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılmış, yer adları dəyişdirilmiş, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı seçkilik həyata keçirilmişdir.

Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilir.

Presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratmış və onları Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı ərazi iddiasına, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirmişdir.

Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünü müdafiə əməliyyatının qələbə ilə başa çatması haqq-ədalətin bərpa olunması istiqamətində mühüm addım olmuş və iki ölkə arasında sülh imkanlarını artırmışdır.
Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid törədir.

İndiki Ermənistandan qovulmuş azərbaycanlı icmasının ötən onilliklər ərzində mötəbər təmsilçisi olan təşkilatımız icmanın pozulmuş hüquqlarının bərpa edilməsi uğrunda fəaliyyətini daha fəal şəkildə davam etdirmək əzmindədir.

İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına çalışır.

Beynəlxalq ictimaiyyətin insan hüquqlarına getdikcə daha artıq əhəmiyyət verməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq istəyi İcmanı bu fəaliyyəti daha intensiv şəkildə aparmağa ruhlandırır.

Bütün bunları nəzərə alaraq, “Qərbi Azərbaycan İcması”:

Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir;
Azərbaycan Respublikası hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkür edir, vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə bundan sonra da köməklik göstərməyi xahiş edir;

Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi xahiş edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxın günlərdə qar və çovğun gözlənilir? – RƏSMİ CAVAB

Yaxın günlərdə qar və çovğun gözlənilir? – RƏSMİ CAVAB

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Arvadından sonra qızı da işdən çıxarıldı

Arvadından sonra qızı da işdən çıxarıldı

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

David Babayana da HÖKM OXUNDU

David Babayana da HÖKM OXUNDU

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

End of content

No more pages to load

RADİO