Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobil karvanının maneəsiz keçidinə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, 13 avtomobildən ibarət karvan Xankəndidən Laçına keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 32 gündür davam edir.
***08:58
Ekoaksiyanın iştirakçıları yanvarın 12-də səhər Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus beş avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Qeyd edək ki, bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
Bizim.Media