“Bu il Ermənistana təzyiqlər artacaq” - Tofiq Zülfüqarovdan Moskva Bəyanatının ŞƏRHİ 

2021-ci ilin yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan Moskva bəyanatından artıq iki il keçir. 

4 bənddən ibarət olan bəyanat kommunikasiyaların açılması, iqtisadi və nəqliyyat əlaqələrinin tez bir zamanda bərpasını nəzərdə tuturdu. 

Ötən 2 il ərzində Moskva bəyanatından irəli gələn müddəalar nə dərəcədə icra olunduğuna sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla nəzər saldıq. 

Politoloq Bizim.Media-ya açıqlamasında bildirdi ki, 11 yanvar bəyanatından irəli gələn məqamların öz üzərinə düşən hissəsini bu günə qədər yalnız Azərbaycan icra edib:

“11 yanvar bəyanatı, 10 noyabr razılaşmasının tərkib hissəsidir. Moskva sənədi əsasən kommuniiasiyaların bərpası mövzusuna aid olub. Zəngəzur dəhlizi üçün nəzərdə tutulan yol məsələsi də burada öz əksini tapıb. Amma təəssüf ki, keçən müddət ərzində sənəddən irəli gələn məsələ ilə bağlı yalnız Azərbaycan tərəfi fəaliyyət göstərib. Yəni Azərbaycan məsələnin öz üzərinə düşən hissəsini ardıcıl şəkildə həyata keçirir. Lakin Ermənistanla bağlı bunu demək olmaz. İrəvan demək olar ki, ötən müddətdə bu məsələdə irəliyə doğru bir addım belə atmayıb.

Bu da təəccüb və narahatlıq yaradır. 

Azərbaycan Prezidenti dünənki çıxışında bəyan etdi ki, 11 yanvar razılaşmasından irəli gələn məqamlar da mütləq öz həllini tapacaq”. 

Həmsöhbətimiz düşünür ki, sənəddən irəli gələn məqamların icrası üçün cari ildə Ermənistana yönəlik təzyiqlər artacaq:

“Əminəm ki, cari ildə bu istiqamətdə Azərbaycanın siyasi təzyiqi davam edəcək. Bu məsələdə Azərbaycan və bölgədə olan digər ölkələrin mövqeyi üst-üstə düşür. O, baxımdan əminəm ki, cari ildə məsələ ətrafında İrəvana təzyiqlər artacaq. Əslində, 11 yanvar bəyanatından irəli gələn müddəaların həll olunması Ermənistanın da xeyrinədir. Təəssüf ki, kiçik siyasi alver naminə İrəvan bu istiqamətdə də oynamaqda davam edir. Amma onun bu istiqamətdə potensialı böyük deyil. Ona görə də gec və ya tez Ermənistan məsələ ətrafında real addımlar atmalı olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Arvadından sonra qızı da işdən çıxarıldı

Arvadından sonra qızı da işdən çıxarıldı

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

David Babayana da HÖKM OXUNDU

David Babayana da HÖKM OXUNDU

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Davit İşxanyan ömürlük azadlıqdan məhrum EDİLDİ

Davit İşxanyan ömürlük azadlıqdan məhrum EDİLDİ

End of content

No more pages to load

RADİO