İlham Əliyev: "Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını qıcıqlandırdı” - VİDEO

"Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər". 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın anti-Azərbaycan mövqeyindən danışarkən bildirib. 

Dövlətimizin başçısı qeyd edib ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “İkinci Qarabağ müharibəsinin nəticələri dünya tərəfindən qəbul edilib”


Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik: 

“Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm”. 

Praqa görüşünü xatırladan dövlətimizin başçısı deyib:  

“Bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa Prezidenti iştirak etmişdi. Amma bir həftə ondan sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər”. 

Prezident İlham Əliyev qeyd edib ki, bu, qeyri-normal bir vəziyyətdir və onu bu səviyyəyə çatdıran biz olmamışıq.

Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq. 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Arvadından sonra qızı da işdən çıxarıldı

Arvadından sonra qızı da işdən çıxarıldı

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

David Babayana da HÖKM OXUNDU

David Babayana da HÖKM OXUNDU

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Davit İşxanyan ömürlük azadlıqdan məhrum EDİLDİ

Davit İşxanyan ömürlük azadlıqdan məhrum EDİLDİ

End of content

No more pages to load

RADİO