Ceyhun Bayramov Ermənistanın sülh prosesinə yaratdığı maneələr barədə ATƏT sədrini MƏLUMATLANDIRDI 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Bildirilib ki, telefon danışığı zamanı Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-də sədrliyi Azərbaycan-ATƏT münasibətləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub. 

C.Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb. 

Nazir, Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın qeyri-qanuni istismar olunmuş mineral resurslarının Ermənistana daşınması, o cümlədən Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minaların gətirilməsi ilə mina təhdidini davam etdirməsi, Azərbaycan ərazisindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin təminatı, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə sui-istifadə olunduğunu, bütün bu faktların Azərbaycan tərəfinin haqlı etirazına səbəb olduğunu bildirib. 
Etirazlara gətirən səbəblər, eləcə də Azərbaycan tərəfinin monitorinq aparmaq məqsədilə danışıqlar cəhdi barədə məlumat verilərək, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyasının Azərbaycan ərazilərində 30 ilə yaxın işğal dövründə aparılmış və son dövrlərdə daha intensivləşmiş təbii sərvətlərin talanmasının qarşısının alınmasına yönəldiyi diqqətə çatdırılıb. 

Laçın yolundan vətəndaşların, Beynəlxalq Qızıl Xaç Komitəsinin, təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin maneəsiz keçidini nümayiş etdirən videogörüntülərin guya Azərbaycanın erməni sakinlərini “blokadaya” aldığı, bölgədə “gərgin humanitar vəziyyət” yaşanması barədə iddiaların əsassızlığını sübut etdiyi vurğulanıb. 

B.Osmani, ATƏT çərçivəsində işlər və planlar barədə sədrliyin fikirləri ilə bölüşüb, bununla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində addımlar atılmasının və dialoqun vacib olduğunu diqqətə çatdırıb. 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Uitkoff: Rusiya və Ukrayna bu barədə barədə razılığa gəldi

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Yer kürəsi su altında qala bilər: Alimlər "Qiyamət buzlağı"nı necə xilas etmək istəyir?

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Nərimanov rayonunun bir hissəsində su YOXDUR

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

Ukrayna "Oreşnik" raketlərinin buraxıldığı poliqonu "Flaminqo" ilə VURDU

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

“İnter” yarımfinala belə vəsiqə qazandı - VİDEO

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

ABŞ-da polis helikopteri qəzaya uğradı - VİDEO

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayana bu CƏZA VERİLDİ

Arvadından sonra qızı da işdən çıxarıldı

Arvadından sonra qızı da işdən çıxarıldı

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı – FOTO

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

ADY-dən Xaçmazdakı qəza ilə bağlı AÇIQLAMA - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Güclü külək Lökbatanda yol nişanlarını aşırdı - VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Daşkəsəndə çətin relyef şəraitində ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Bako Sahakyanın cəzası BƏLLİ OLDU

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum EDİLDİ

Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

David Babayana da HÖKM OXUNDU

David Babayana da HÖKM OXUNDU

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Davit İşxanyan ömürlük azadlıqdan məhrum EDİLDİ

Davit İşxanyan ömürlük azadlıqdan məhrum EDİLDİ

End of content

No more pages to load

RADİO