Prezident Britaniyanın dövlət nazirini qəbul etdi - YENİLƏNİB - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.

Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın dövlət nazirini salamlayan Prezident İlham Əliyev dedi:

-Sizi Azərbaycanda görməyə çox şadam. Əminəm ki, səfəriniz yaxşı nəticələrlə çox uğurlu olacaq. Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir.

Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq.

Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var.

BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var.

Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir.

Yeri gəlmişkən, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik.

Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır.

Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.

Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib.

Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir.

Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var.

Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik.

Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir. Bir daha ölkəmizə xoş gəlmisiniz.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton dedi:

-İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum.

x x x

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı QƏLƏBƏ

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı QƏLƏBƏ

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında İŞTİRAK EDİR

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında İŞTİRAK EDİR

Vaşinqtonda Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan liderləri BİR ARADA - VİDEO

Vaşinqtonda Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan liderləri BİR ARADA - VİDEO

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”

Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Qonşusunu döyən qadına HÖKM OXUNDU

Qonşusunu döyən qadına HÖKM OXUNDU

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

Sülh Şurasının ilk iclasına SON HAZIRLIQLAR – VİDEO

Sülh Şurasının ilk iclasına SON HAZIRLIQLAR – VİDEO

Üzünü görmədiyi, adını daşıdığı şəhid atasını DƏFN etdi - FOTO

Üzünü görmədiyi, adını daşıdığı şəhid atasını DƏFN etdi - FOTO

Millimiz növbəti oyunlarda bu yığmalarla QARŞILAŞACAQ

Millimiz növbəti oyunlarda bu yığmalarla QARŞILAŞACAQ

Britaniya kralından qardaşının tutulmasına REAKSİYA

Britaniya kralından qardaşının tutulmasına REAKSİYA

Azərbaycanda tələbə direktor TƏYİN EDİLDİ

Azərbaycanda tələbə direktor TƏYİN EDİLDİ

Bakının 8 rayonunda SÖKÜNTÜ: Yüzlərlə ailəyə kompensasiya ÖDƏNİLDİ

Bakının 8 rayonunda SÖKÜNTÜ: Yüzlərlə ailəyə kompensasiya ÖDƏNİLDİ

İtkin düşmüş qəhrəmanın izi 33 il SONRA – Döyüş yoldaşları hansı sirləri AÇDI? - VİDEO

İtkin düşmüş qəhrəmanın izi 33 il SONRA – Döyüş yoldaşları hansı sirləri AÇDI? - VİDEO

Türkiyə yeni hipersəs raketini işə salır - VİDEO

Türkiyə yeni hipersəs raketini işə salır - VİDEO

Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin

Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin

Olimpiadada qalmaqal: Jurnalist canlı efirə sərxoş halda çıxdı - VİDEO

Olimpiadada qalmaqal: Jurnalist canlı efirə sərxoş halda çıxdı - VİDEO

Dünən meydanı yarımçıq tərk edən Bəhlul Mustafazadənin SON DURUMU

Dünən meydanı yarımçıq tərk edən Bəhlul Mustafazadənin SON DURUMU

Xameneinin yalnız bir seçimi var: “Hakimiyyətdən getməlidir”

Xameneinin yalnız bir seçimi var: “Hakimiyyətdən getməlidir”

Rusiyanın Mi-28 və Su-35-ləri İranın zəifləmiş ordusunu xilas etməyəcək – Forbes

Rusiyanın Mi-28 və Su-35-ləri İranın zəifləmiş ordusunu xilas etməyəcək – Forbes

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO