“Ərdoğan və onun komandası Atatürkün siyasi tarixini diqqətlə oxumalıdırlar”x9d

Moderator.az Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri, Rusiya Federasiyasının Prezidenti V.V. Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqovun mövcud siyasi durumla bağlı siyasi təhlilini təqdim edir:

Dünən Kremldə Rusiya Federasiyasının prezidenti V.V.Putinin hər il olduğu kimi  beynəlxalq və rusiyalı jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransı baş tutdu. Bu mətbuat konfrasını Rusiya Federasiyasının prezidenti V.V.Putinin bütün Rusiya xalqı və dünya ictimaiyyəti qarşısında verdiyi illik hesabatı kimi də qəbul emək olar.

Konfransda prezidentə siyasətlə, iqtisadiyyatla və hətta özəl məsələlərlə bağlı suallar verdilər. Müxtəlif aspektlərdə suallar var idi: ciddi, düzgün qoyulmuş suallar, məğzinə görə maraqlı, zəif və sairə.

Əslində suallar jurnalistlərin hansı redaksiyanı təmsil etmələrindən də asılı idi. Həmişə olduğu kimi bir çox jurnalistlər canlı yayımda V.Putinə sual verə bilmədikləri üçün incikli də qaldılar. Hesab edirəm ki, bu normal hal kimi qarşılanmalıdır. Çünki orada 1200-dən artıq akreditə olunmuş jurnalist var idi. Əgər həmin jurnalistlərin hamısı öz sualını verə bilsəydi və buna normal olaraq da cavab almağı tələb etsəydi, buna 24 saat da yetməzdi. Adətən 15-20 sual verilir və həmin sualllara geniş, əhatəli cavablar alınırdı.

Daha çox hamısını beynəlxalq mövcud durum maraqlandırırdı: Suriyadakı müharibə, Ukrayna və Türkiyə ilə münaqişə və sairə. Daha sonra hər kəsi narahat edən məsələ iqtisadi böhran və rublun taleyi idi. Bu dəfə ötən il ilə müqayisədə korrupsiya ilə bağlı suallar az verildi. Bu o demək deyil ki, Rusiyada korrupsiyaya son qoyulub. Yox. Sadəcə olaraq korrupsiyadan daha vacib problemlər yaranıb. Çünki bu gün insanları Suriyadakı müharibə, Türkiyə və Ukrayna ilə mövcud münaqişə vəziyyəti daha çox narahat edir.

Rusiya xalqı heç kəslə müharibə etmək istəmir. Rusiya xalqı heç kəslə münasibətlərin korlanmasını da istəmir. Lakin Ukrayna və Türkiyə ilə mövcud münaqişə vətəndaşların həyatına birbaşa təsir edir. Ukrayna ilə ruslar 1000 əsrdən çox bir yerdə yaşayıb. Onları birgə mədəniyyət, ənənələr, qan bağları, qarışıq nigahlar bir-birinə bağlayır. Rusiyada çoxlu ukraynalı var ki, onlar Rusiya vətəndaşı hesab edilir. Ukraynada da çox sayda Ukrayna vətəndaşı olan ruslar yaşayır. Ona görə də, siyasətçilərin düşünülməmiş addımlarına görə iki dövlət arasındakı bu kimi sıx əlaqələri birdən-birə qırıb keçmək olmaz. Çünki hər iki dövlətin vətəndaşları böyük zərbə alır. Ukrayna ilə Rusiya arasında 100 milyarddan artıq mal dövriyyəsi həyata keçirilirdi. İl yarımın içərisində mal dövriyyəsi minimuma enib. Bu da təbii ki, ukraynalıların və rusiyalıların iqtisadi həyatına böyük zərbə vurmaqdadır. Türkiyə ilə mövcud durumun özü də mədəni və iqtisadi baxımdan gözlənilməz zərbə idi.

1936-cı ildən sonra 25 ildir ki, Rusiyada yaşayan türklər mədəni baxımdan böyük nailiyyətlər əldə edə bilmişdilər. Türklər Rusiyada ruslarla birgə təşkilatlar qurmağa başlamışdılar, Rusiya iqtisadiyyatına sərmayə yatırmaqda idilər.

2004-cü ildən etibarən isə Rusiya Türkiyə bazarına, turistlik bölgəsinə  daxil olmağa başladı.  Dövlət səviyyəsində olan bir sıra ciddi layihələr və 150 milyard dollarlıq mal dövriyyəsi realizə olunmaqdadır.

Bu gündən etibarən isə bütün bu sadalanan zəfərlərə son qoyuruq. Türkiyə prezidenti R.T. Ərdoğan və onun komandası bizim prezident V.V. Putinin xətrinə möhkəm dəyib.

Çünki V.Putin Türkiyə prezidentinə çox güvənirdi. Hətta onunla çox sıx münasibətləri var idi və onu öz yaxın dostu adlandırırdı. Lakin görünən odur ki, Türkiyə prezidenti və onun komandası V.Putinin dostluğunu qiymətləndirə bilmədilər.

Ərdoğan öz hərəkəti ilə nəinki Putinə böyük zərbə vurdu, o bu cür hərəkəti ilə MDB məkanında yaşayan bütün türkdilli xalqlarla olan münasibətlərə xələl gətirmiş oldu.

Bu gün Ərdoğan və onun komamdası Rusiyadan 25 il ərzidə əldə etdikləri xeyiri təhlil etməli və onu Avropa Birliyi ilə ABŞ-dan əldə etdikləri xeyirlə müqayisə etməlidirlər.

Diqqət yetirin ki, türklərlə ruslar hələ əməlli başlı münaqişəyə başlamamış, bir çox “dost”x9d dövlətlər artıq Rusiya və Türkiyəni bölüşdürməyə başlayıblar.

Yeri gəlmişkən, Türkiyə prezidenti R.T. Ərdoğan və onun komandası mütləq sürətdə Mustafa Kamal Atatürkün siyasi tarixini diqqətlə oxumalıdırlar. Çünki Atatürk vaxtı ilə Moskva ilə dostluq münasibətləri quraraq, Türkiyəni Fransa, İngiltərə, ABŞ və Yunanıstanın koloniyası olmaqdan xilas etmiş, indiki Türkiyəni yarada bilmişdir.

Bu gün hər kəs bilməlidir ki, siyasətçilərin ucuz qürurları heç bir dövlət və xalqa gərək deyil.

R.T. Ərdoğan V.Putinlə olan dostluğuna, eləcə də MDB məkanında yaşayan bütün türkdilli xalqlara görə Moskvaya gəlib iki dövlət arasındakı münasibətləri normallaşdırmaq üçün cəhd etməlidir.

Ukrayna isə öz xalqını ABŞ-ın əsarətindən xilas etməli və əsrlər boyu ruslarla davam etdirilən qardaşlıq adət-ənənəsini davam etdirməlidir. Belə bir Azərbaycan atalar sözü var: “Yaxın qonşu, uzaq qohumdan yaxşıdır!”x9d

Suriyadakı müharibəyə gəlincə isə, onu demək olar ki, oradakı müharibə hələ uzun zaman davam edəcək. Çünki bu müharibənin davam etdirilməsində maraqlı olan tərəflər var. Həmin tərəflər Suriyada xaos yaradaraq, Suriyanın dağılmasını istəyir.

Mən hesab edirəm ki, Suriyanın dağılması qaçılmazdır. İŞİD isə düşünülmüş bir təşkilatdan başqa bir şey deyil. Vaxtı ilə Əl-Qaidə deyilən bir təşkilat var idi. Sabah isə daha başqa ad altında digər təşkilatlar yaranacaq. Bütün bu düşünülmüş təşkilatlar isə ərəb dünyasında və müsəlman aləmində xaos yaratmağa, dünyanın enerji resurslarının idarə olunmasına  hesablanıb. Təəsüflər olsun ki, bəlkə də xoşbəxtlikdəndir ki, bu günə qədər enerji resurslarına alternativ qüvvə icad edilməyib”¦

Hesab edirəm ki, Rusiya böyük və qüdrətli bir dövlət kimi bütün inciklikləri və aqressiyanı bir kənara qoyub ciddi beynəlxalq siyasətlə məşqul olmalıdır. Əsrlərdir davam etdirilən münasibətləri qırmaq olmaz. Artıq daha ağıllı addımların və hiyləgər, diplomatik manevrlərin zamanıdır.

Hər kəs çox gözəl bilir ki, uğurlu beynəlxalq siyasət olmadan iqtisadiyyatı inkişaf etdirərək dövləti möhkəmləndirmək mümkün deyil. Təəsüflər olsun ki, biz olduqca kobud siyasi səhvlərə yol verdik.

Keçmiş SSSR-i dövlətləri Ukrayna məsələsindən sonra bizə güvənməkdən çəkinir. Ukrayna münaqişəsinin həlli üçün ilk əvvəl regionlardakı partiyaları yeni simalarla əvəz etməli və onların yeni Ali Radada təmsil olunmalarına dəstək vermək lazımdır.

Bu gün Ukraynada bir çox namizədlər Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməz. Bizim bir sıra siyasətçilərimizin kobud səhvləri ücbatından bu gün Ukrayna əhalisi Rusiyaya nifrət edir.

Türkiyə ilə münasibətlərə gəlincə isə, bir daha vurğulamaq istəyirəm ki, Türkiyənin böyük iş adamları Türkiyənin prezidenti R.T.Ərdoğana təzyiq etməlidirlər ki, o Rusiyaya qarşı düşmançılıq mövqeyini dəyişsin.

Lakin biz bu aşamada tele məkanlara təxribatçıları və fürsətgüdənləri buraxırıq. Həmin şəxslər də bütün türkləri təhqir edir və türkləri Rusiyanın düşmanları adlandırır. Həmin insanlar Türkiyənin 4 yerə bölünməsi kimi absurd fikirlərlə çıxış etməkdən də çəkinmir. Onlar  Şimal-Şərqi Türkiyə Ermənistanın, Şimal-Qərbi Türkiyə Yunanıstanın, Cənub-Şərqi Kürdistan və qalan kiçik bir ərazidə isə Türkiyə dövlətinə buraxırlar.

Bütün bunlardan sonra biz hələ də Türkiyədə Rusiya yönlü siyasətçilərin olmasını istəyirikmi? Yox dostlar, belə olmaz. Bu cür təxribatçılara yol verməklə biz özümüzə nifrətdən başqa heç nə qazanmırıq.

Mən Rusiya prezidentini ötən gün diqqətlə dinləyəndən sonra, anladım ki, yeni ildə bizi beynəlxalq arenada böyük sürprizlər gözləyir.

Təbii ki, bu dövlətin daxili siyasi məsələlərinə də yansıyacaq. 2016-cı ildə ABŞ-da prezident seçkiləri olacaq. Təbii ki, ABŞ-da prezidentin kim olmasından asılı olmayaraq, onların beynəlxalq strateji və geosiyasi planlarında heç bir dəyişiklik müşahidə edilmir. Sadəcə həmin planların taktikası və gedişatı dəyişə bilir.

Həmin an belə bir sual yarana bilər: Bu dəfə ABŞ bizimlə hansı dövlət arasında münaqişə salacaq?

Keçmiş SSSR-i dövlətlərindən Rusiyanın düşməni kim olacaq axı? Görəsən ABŞ bu dəfə də istəyinə nail ola biləcəkmi?

Bütün bunlara yol verməmək üçün, biz vahid yumruq kimi birləşməliyik. Rusiya böyük və qüdrətli dövlətdir. Gəlin bunu biz öz düşmanlarımıza sübut edək!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Son sutkada İrana 140 aviazərbə endirdilər

Son sutkada İrana 140 aviazərbə endirdilər

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

End of content

No more pages to load

RADİO