Ceyhun Bayramovun Laçın yolu ilə bağlı Quterreşə yazdığı məktub BMT TŞ-nin sənədi kimi yayılıb - XİN 

Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə əlaqədar Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı BMT baş katibinə ünvanlandığı məktub Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, məktubda Laçın yolunda azərbaycanlı fəalların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı etirazlarının Ermənistan tərəfindən “humanitar böhran” kimi qələmə verməklə siyasiləşdirmək cəhdlərinə diqqət çəkilib, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı ətraflı məlumat təqdim edilib. 

Sənəddə cari ilin 3 dekabr tarixindən başlayaraq Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar apardığı, əldə edilmiş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi barədə məlumat verilib. 

Məktubda Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmadığı, Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqları, Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı vurğulanıb. 
Məktubda Azərbaycan tərəfinin davamlı olaraq öhdəliklərinə əməl etdiyi, Ermənistan tərəfinin isə Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə etməsi, eyni zamanda mövcud mina təhlükəsinin ağır nəticələri barədə məlumat verilib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulanıb. 

BMT baş katibinə ünvanlanmış və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmış məktub ilə bu keçid vasitəsilə tanış olmaq olar: //documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N22/761/23/PDF/N2276123.pdf?OpenElement 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

DİN yayılan görüntülərə AYDINLIQ GƏTİRDİ - Polislər işdən çıxarıldı

DİN yayılan görüntülərə AYDINLIQ GƏTİRDİ - Polislər işdən çıxarıldı

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzində - FOTO

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzində - FOTO

"Avroviziya-2026": Azərbaycan üç namizəd arasında seçim edəcək

"Avroviziya-2026": Azərbaycan üç namizəd arasında seçim edəcək

“Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

“Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

Birinci Liqa: Lider xal itirdi

Birinci Liqa: Lider xal itirdi

Tramp buna görə prezident olmaq istəyirmiş

Tramp buna görə prezident olmaq istəyirmiş

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

End of content

No more pages to load

RADİO