Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa-Laçın yolunda aksiyanın hansı halda dayandırıla biləcəyi ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, nazir qeyd edib ki, Azərbaycanın mövqeyi dəfələrlə diqqətə çatdırılıb:
“Azərbaycan tərəfinin və oradakı fəalların tələbi ondan ibarətdir ki, Azərbaycanın dövlət orqanlarının həmin yataqlara getmək, monitorinq etmək imkanı olmalıdır. Həmçinin, oradakı məsələyə nəzarəti həyata keçirmək imkanları olmalıdır”.
Bizim.Media