Onlar əsl həqiqətlərin, dərk edilənlərin ifadələri olduqları üçün min il bundan əvvəl olduğu kimi bu gün də müasirdirlər, ğərəklidilər. Çünki bu kəlamlar həyat dərsliyidir.
“Ağıllı o adamdır ki, başqalarının müdrikliyindən və təcrübəsindən öyrənir”x9d, “həyatı qiymətləndirməyən adamxa0 yaşamağa layiq deyil”x9d kəlmələrini dilə gətirən müdriklərimiz heç vaxt “haram var-dövlət qazan, eyş-işrətlə yaşa, zülm et”x9d deməyiblər. Onlar “elm öyrən, ağıllı adamlarla otur-dur, sadə, xeyirxah ol, xalqın, torpağın qeyrətini çək”x9d, “dünyanın həqiqətlərinə vaqif olanlar həyatın zinət və dövlətinə çətin baş əyərlər”x9d deyiblər.
Həyatda öyrənilməli, dərk edilməli, qiymətləndirilməli çox şey var.
xa0Tariximiz, keçmişimiz ən böyük məktəbdir və biz bu məktəbi keçməliyik, dərs almalıyıq.
xa0Ümummilli Liderimiz Heydər Əliyev dəfələrlə xatırladırdı ki, tariximiz bizim üçün dərs olmalıdır.
xa0Bu bir həqiqətdir ki, biz tariximizdən, keçmişdən yaxşı dərs almadığımıza görə əsrlərlə işğallara, təqiblərə, təsirlərə, işgəncə və fəlakətlərə məruz qalmışıq. Birləşmək, düşmənə qarşı birgə mübarizə aparmaq, dövlətin sərhədlərini qorumaq və möhkəmləndirmək əvəzinə, xanlarımız, bəylərimiz Azərbaycanı xanlıqlara bölməyi, parçalamağı, bir-birlərinin qanını axıdıb “böyük xan”x9d tituluna yiyələnməyi daha üstün tutublar. Nəticədə sarsılmışıq, əzilmişik, Cənubi Azərbaycan, İrəvan torpaqlarını itirmişik.
Tarixin dərslərindən ibrət götürməmək, tez-tez keçmişə müraciət etməmək, əzəli düşmənləri yaxından tanıyıb qiymətləndirməmək, vaxtında başbilənlərə, ağsaqqallara, torpağın, xalqın taleyini düşünənlərə qulaq asmamaq, vəzifəyə, var-dövlətə hərisliyimiz ərazilərimizin bir daha işğalına, Qarabağ torpaqlarının itirilməsinə səbəb olmuşdur.
Müdriklərdən biri yaxşı demişdir:”x9dBu günü yaxşı görmək üçün keçmişi bilməliyik.”x9d Təəssüflər olsun ki, bəzi hallarda nəinki uzaq, heç yaxın keçmişi də yaxşı bilmirik. XX ərin əvvəllərində başımıza gətirilən müsibətləri əsrin sonlarında unutduğumuz üçün fəlakətlərə, işğala məruz qaldıq ki, bu gün də həmin ağrıları yaşayıq.
Əgər 90-cı illərdə ağıllı insanları, başbilənləri səbrlə, təmkinlə eşidib reallıqları düzgün qiymətləndirə bilsəydik, Heydər Əliyev kimi bir dahini vaxtında hakimiyyətə gətirməyə nail olsaydıq bir çoxxa0 bəlalardan, faciələrdən, torpaqlarımızın işğalından yaxa qurtarmaq mümkün idi. Əfsuslar olsun ki, o dövrdə hakimiyyətdə olanlar nəinki qanrılıb keçmişə baxdılar, heç gözlərinin qarşısında olanları belə görmədilər.
xa0Vətən, xalq mənafeyi vəzifəyə qurban verildi. 20 Yanvar faciəsi törədildi. Şəhərlər, kəndlər xarabazarlığa çevrildi, torpaqlarımızın işğalına şərait yaradıldı, günahsız insanlar qətlə yetirildi, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi. Özlərini baş bilən hesab edib Azərbaycanı uçuruma yuvarlayanlar, ağıllı insanların sözünə məhəl qoymayanlar çətin anda qaçıb gizləndilər, canlarını təhlükədən qurtarmaq üçün min bir vasitəyə əl atdılar.
Təəssüflərxa0 olsun ki, ölkəni parçalanmaq, məhv olmaq səviyyəsinə gətirənlər dünənki faciələri, qarşıdurmaları, itkiləri tamamilə unudublar, çirkin əməllərinin fərqində deyillər, özlərini yenə də baş bilən, ağıllı, hamıdan qabiliyyətli, vətənpərvər hesab edirlər.
90-cı illərdə vəzifə üstündə Azərbaycanı uçuruma aparanların bu dünkü hərəkətləri-gah müxalifət partiyası, milli şura, gah da ayrı-ayrı ittifaqlar, bloklar, qeyri-hökumət təşkilatları adı altında birləşərək dövlətimizin imicinə ziyan vurmaq, yalan-böhtan yaymaq, ölkəni xarici qüvvələrin təsirinə məruz qoymaq cəhdləri göstərir ki, onlar yaxın keçmişin bəlalarından, başımıza gələn fəlakətlərdən hələ də lazımi nəticəyə gəlməyiblər, tariximizin qara günlərini yaddan çıxarmışlar.
Biz müdriklərdən, müəllimlərdən, ziyalılardan öyrənməliyik. Alim, ağıllı adamlar ömrü boyu durmadan oxuyan, öyrənən, yaxşı dərs alanlardır.
Ağılsız, riyakar adamları isə öyrənmək, faydalı dərs almaq, mənəviyyatı zənginləşdirmək deyil, yalnız qarnı, yemək-içmək, var-dövlət düşündürür. Belə adamlara vətən, xalq, torpaq anlayışları yaddır. Kamil insanlarhər şeydə ölçü, əndazə gözləyir, ictimai nəzarətlə hesablaşır, vəzifə, mal-pul hərisləri isə heç bir hədd bilmirlər, qanun-qaydaya əməl etmirlər, insanlığı unudurlar.
Ulu Öndərimiz Heydər Əliyevin elmi-nəzəri irsini, həyat fəaliyyətini mükəmməl öyrənən, bəşəri ideyalarının mahiyyətini, əhəmiyyətini dərindən dərk edən və unudulmaz rəhbərin ”x9dXalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”x9d kəlmələrinin dəyərini anlayanbir insan heç vaxt nankorluğa, riyakarlığa yol verə bilməz. Ümummilli Liderimizin həyatının hər anı sağlam düşüncə, dərin təfəkkür,xa0 xalqa, torpağa sonsuz sədaqət və məhəbbət məktəbidir, daim öyrənilməli dərsdir.
xa0Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbəri Ramiz Mehdiyev qeyd edir ki,”x9d Heydər Əliyevin zəngin irsi XXİ əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcək inkişaf və tərəqqi yolunu müəyyən edən etibarlı səmt göstəricisidir və daim belə olacaqdır.”x9d
xa0Heydər Əliyev xalqımızın sədaqətli oğlu, layiqli vətəndaşı, müdrik rəhbəri olduğu kimi, həm də xilaskarıdır. Onun göstərdiyi yolla””etibarlı səmtlə irəliləyən, eləcə də bu yoldan kənara çıxanların aqibəti hər birimizə yaxşı məlumdur. Səmt ilə düzgün gedənlər hörmət, ehtiram, yolunu azanlar isə nifrətxa0 və töhmət sahibidirlər.
xa0xa0xa0xa0 Heydər Əliyev ideyalarının dönməz təbliğatçısı, icraçısı,xa0 davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti nəinki xalqımıza, bütün dünyaya göstərdi ki,xa0 müdrik rəhbərin arzu və məqsədləri müqəddəs, ideyaları bəşəri və ölməzdir.
xa0Bu gün dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə qətiyyətlə söylədiyi”x9d Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təqiblərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik.”x9dkəlmələri Heydər Əliyev ideyalarından qaynaqlanır, güc alır və həyata keçirildikcə onun ruhunu sevindirir.
xa0Müstəqilliyi, müstəqil siyasət yeritməyi, milli maraqları qorumağı əsas vəzifə kimi qarşıya qoyan və heç bir təsirdən, təqibdən, təxribatdançəkinmədiyini bəyan edən ölkə rəhbəri həm də bu qətiyyəti, inamı, vətənpərvərliyi hər bir kəsə aşılamağı lazım bilir, xalqa çağırış edir, insanları həmrəyliyə, birliyə, xeyirxahlığa səsləyir.
Azərbaycan Prezidenti ən mötəbər tədbirlərdə, toplantılarda, görüşlərdə uzaqgörən rəhbər, sədaqətli vətəndaş, səmimi və tələbkar bir müəllim nümunəsi nümayiş etdirir. O, Vətənə, Xalqa xidmətdən, insanlara qayğı, hörmətdən, inkişafdan, müstəqillikdən,torpaqlarımızın azğın düşməndən azad edilməsininvacibliyindən, hər bir vəzifəli şəxsin vətəndaşlıq və vəzifə borcundan danışır.
xa0Həm də problemləri qabardır, işdə yol verilən nöqsanları xatırladır, neqativ nallara-- əliəyriliyə, rüşvətxorluğa, yalan-böhtana, süründürməçiliyə qarşı birgə mübarizə aparmağın vacibliyini önə çəkir, inkişafımıza mane olan bəlalardan, təsirlərdən yaxa qurtarmağı, hər bir kəsə layiqli vətəndaş olmağı tövsiyə edir.
Ölkə rəhbərinin hər çıxışı, əməli fəaliyyətiinsanlara dünyada baş verən hadisələri, reallıqları dərk etmək, qiymətləndirmək, öz xalqının səadəti, xoşbəxtliyi, gələcəyi uğrunda necə mübarizə aparmağın istiqamətlərini göstərmək və sübut etmək üçün bir nümunə, dərslikdir.
xa0Cənab İlham Əliyev öz fəaliyyəti, çıxışları ilə öyrədən, yol göstərən, dərs deyən bir müəllim, həm də daim öyrənən, öz üzərində çalışan bir şagird təsiri bağışlayır. O, tarixdən, xalqdan, həyatdan, müdriklərdən, dünya reallıqlarından öyrəndiyini, millətinin arzu-istəklərindənbəhrələndiyini bildirir və həm də, həmişə, durmadan oxumağı, öyrənməyi məsləhət görür.
Həyatda əldə etdiyimiz, qazandığımız yaxşı nə varsa, bütün nailiyyətlərimiz elmimizin, təhsilimizin, ağlımızın məhsuludur. Azərbaycanın bu gün ki inkişafı””ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş, dünyada tanınması, sosial şəraitinxa0 yaxşılaşması Ulu öndərimiz Heydər Əliyevin ideyalarının ölkə rəhbəri İlham Əliyev tərəfindən təmkinlə, uzaqgörənliklə, siyasətimizə, iqtisadiyyatımıza, mədəni-mənəvi həyatımıza yeniliklər gətirilməklə həyata keçirilməsinin nəticəsidir.
Zaman bunu göstərir və həyat, müasir dünya irəli getmək, inkişaf üçün öyrənməyi, düşünməyi, hadisələrdən düzgün nəticə çıxarmağı tələb edir.
Vətəndaşlıq Vətənə, Xalqa sədaqətdən, torpağa vurğunluqdan keçir.
Mənəviyyatı olanları vəzifə, mal-pul, var-dövlət, ad-san deyil, insanlara xidmət, millətə qayğı, torpağa məhəbbət birləşdirir.
Dəbdəbəli məclislər qurmaq, bahalı villalarda yaşamaq, qiymətli maşınlarda gəzmək, eyş-işrətlə gün keçirmək insan həyatının mənası deyil.
Müəllimlərinin dərsindən yayınıb oxumayan, ancaq bəxşiş, hədiyyə , valideynlərinin köməyi ilə orta və ali təhsil alan gənclərdən layiqli vətəndaşlıq gözləmək çətindir.
Valideynlərinin vəzifəsinə, var-dövlətinə güvənib ağsaqqallara, müəllimlərə arxa çevirənlər, böyüklərin məsləhətlərinə qulaq asmayanlar, həyata pulun gözü ilə baxanlar cəmiyyətə heç bir fayda verə bilməzlər.
xa0xa0xa0xa0 Dünyada baş verən hadisələrdən, müharibələrdən, dini-irqi ayrı seçkilikdən, demokratiya oyunlarından baş çıxarmayan, dərs almayanağılsızlardır. Dinimizə, dilimizə yabançı olan bəzi insanların dinə, İslamaməhəbbətxa0 şüarları ilə vətəndaşları çaşdırması, onları yad meyllərə vadar etməsi xarici düşmənlərimizin ölkəmizə yönələn çirkin əməllərinin bir həlqəsidir.
Din pərdəsi altında yaranan bir çox terror təşkilatlarının pozuculuq fəaliyyəti””insan təlafatları, ixtisaslar, partlayışlar, qaçqın-köçkün axını gələcək üçün yaxşı heç nə vəd etmir. Bir çox ərəb ölkələrində, Avropanın iri şəhərlərində, elə Qərbin özündə hökm sürən müharibələr, terror hadisələri, miqrasiya problemləri bəşəriyyəti çıxılmaz vəziyyətə salmışdır.
Bu fəlakətlərin qarşısını vaxtında almaq əvəzinə, əksinə dünyanınxa0 bəzi aparıcı dövlətləri öz mənafeləri naminə münaqişələriqızışdırmaqəzmindədirlər. Əldə olan faktlar, bəzi ekstremist qüvvələrin din pərdəsi altında ölkəmizdə qarşıdurmalar yaratmaq cəhdləri bunu deməyə bir daha əsas verir. Çox təəssüflər olsun ki, içimizdə olan müəyyən nadanlar, nankorlar, müxalifət dairələri,xa0 dünyada baş verən qanlı hadisələrdən hələ də lazımi nəticə çıxarmaq istəmirlər.
Azərbaycanın dövlət quruluşunu zor gücünə dəyişməyə çalışanlarxa0 1993-94-95””2003-cü illərdə baş verən çevriliş cəhdlərinin, sui-qəsdlərin nə ilə nəticələndiyini və vətənə xəyanət edənlərin aqibətinin necə olduğunu sanki unudublar. Ancaq çox heyf!
Həyatın dərsləri elə ibrətamiz, maraqlı, çətindir ki, onu unutmaq olmaz, əksinə o dönə-dönə təkrarlanmalı, öyrənilməli və qiymətləndirilməlidir.
İnsan özünü dərk edəndə, özündən öyrənəndə, kim olduğunu və nə üçün yaşadığını anlayanda, vəzifəsini, borcunu, ona göstərilən etimadı qiymətləndirəndə hörmət qazanır, tanınır, ucalır. O, həm də bir nümunəyə çevrilir, əməlləri, insani keyfiyyətləri””xeyirxahlığı, vətənpərvərliyi, qurub-yaratmaq eşqi ilə başqalarına dərs verir.
Etimad göstərmək, etibar etmək, kiməsə öz bacarığınıxa0 ortaya qoymaq üçün şans vermək, irəli çəkmək insanlıqdır, xeyirxahlıqdır. Bu xeyirxahlığa dönük çıxmaq, etimad göstərənə xəyanət yolunu tutmaq isə nankorluqdur, riyakarlıqdır.
Demək olar ki, hər gün şəhidlər xiyabanını ziyarət edirəm. Burada uyuyanların əksəriyyəti gənclərdir. Hüseyn Rüstəmov, Elçin Yusifov, Ələkbər Rəsulov, Ramiz İbrahimov, Nadir Orduxanov, Fuad İsayev və bir çox başqaları 19-20 yaşında torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi, müstəqilliyimizin qorunması uğrunda döyüşlərdə canlarını qurban verərək şəhidlik qazanmışlar.
xa0Bu mətin insanlar, qəhrəman gənclər öz sədaqətləri, şücaətləri, mehriban, intizarlı baxışları ilə hər gün onları ziyarət edən minlərlə insana vətənpərvərlik, torpağa, xalqa məhəbbət dərsikeçirlər. Əbədiyyətə qovuşan bu gənclər düşmənlə ölüm-dirim mübarizəsinəxa0 yalnız bir məqsədxa0 uğrunda atılmışdılar vəxa0 onları bir amal birləşdirirdi. Bu vətənin, xalqın, valideynlərin onlara göstərdiyi etimad, etibar və inam idi.
xa0Mən həyatın şirinliyini duymadan dünyadan çox gənc ikən gedən, ancaq əbədi bir ömür qazanıb milyonların gözündə ucalan və xalqımın sevimlisinə çevrilən bu gənclərin məzarlarını ziyarət edərkən bir qürur hissi keçirməklə, həm də dərin düşüncələrə dalıram, ölkəmizin həyatında baş verən yaxşı və həm də hər birimizi narahat edən hadisələr barədə düşünürəm.
Xalqın varını-dövlətini talayan, insanlara zülm edən, soyğunçuluq, xəyanət, rüşvətxorluq yolunu tutan və qolları qandallanan vəzifə sahiblərini, generalları, məmurları göz önünə gətirirəm və onları bu məsum gənclərlə qarşılaşdırmaq istəyirəm, ancaq bacarmıram.
Çünki həyatda olmayan bu igid gənclərölümlərindən sonra da məhəbbətlə yad edildiyi, sevildiyi halda, var-dövlət, vəzifə düşkünü olan və harın bir həyat keçirib insanların taleyi ilə alver edənlərin çoxuxa0 sağ ikən nifrətin, töhmətin, haqqın hədəfindədir.
Öz gənc ömürlərini torpaqlarımızın azadlığına, ana-bacıların dinc həyatının təmin edilməsinə qurban verənlərin əməlləri bir qəhrəmanlıq, vətənə məhəbbət göstəricisi, var-dövlət, daha çox pul qazanmaq, mülk sahibi olmaq, insanları incitmək uğrunda mübarizə aparan bəzi vəzifə sahiblərinin fəaliyyəti isə dövlətçiliyimizə, millətimizə xəyanətin nümunəsidir. İnsanların gözü qarşısında harın, dəbdəbəli həyat keçirmək, xalqa soyğunçuluq, qanunlara hörmətsizlik etmək göstərilən etimada, tapşırılan vəzifəyə dönüklükdür.
Məni bir sual daim narahat edir və düşündürür. Görəsən insanların taleyi ilə oynayan, çoxlarının mənəviyyatını alçaldan,xa0 vəzifəsi olandaxa0 özünü hamıdan güclü, ağıllı, savadlı hesab edən, insanları yaxına buraxmayan, aylarla telefonlara cavab verməyən, özündən böyük vəzifəlilərə əyilib aşağı vəzifəliləri adam yerinə qoymayan bəzi məmurlar insanlığın dəyərini bilirlərmi?Nə üçün vəzifə daşıdıqlarını, kimə xidmət etdiklərinianlayırlarmı?
Zalım hökmdarların, var-dövlət düşkünü olub ölkələr istila edən, ancaq axırda bir tikə çörəyə möhtac qalan xanların-xaqanların, haram pul qazanıb sonradan illərlə əziyyətini çəkən insanların həyatı məgər bu gün etimada, etibara xəyanət edənləri, xalqa arxa çevirənləri düşündürmür, onlara bir ibrətxa0 dərsi deyilmi? Zalımlığın, harınlığın, xəyanətin bağışlanılmaz olduğunuxa0 bu adamlar bilirlərmi?
Bu insanlar başqalarına zülm edərkən, çoxlarının balalarını ac qoyarkən, malını-dövlətini əlindən alarkən öz balalarını, ailələrini göz önünə gətirib onlara ediləcəkədalətsizliyin qarşısında hansı vəziyyətə düşəcəklərinifikirləşirlərmi?
Şəhid balalarımız öz canlarını vətənin, xalqın xoşbəxtliyi uğrunda qurban verdikləri halda bəzi vəzifə sahiblərinin, məmurların, onların harın övladlarının bu torpağa, insanlara,xa0 göstərilən etimada, etibara xəyanət etməsi, şəhidlərin əzizlərinə, qaçqın-köçkünlərə etinasızlıq göstərilməsixa0 bağışlanılarmı?
Həyat hər gün bizə dərs keçir. Zaman bizi sınağa çəkir. Biz dərslərimizə hazır olmalı və sınaqlardan qalib çıxmağı bacarmalıyıq. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin təhlükələr qarşısında qaldığı o çətin günlərlə hazırki ictimai-siyasi sabitliyi, dünyanın bir çox ölkələrində baş verən müharibələrlə, iqtisadi-siyasi böhranla respublikamızın iqtisadi yüksəlişini, insanlarımızın həyat şəraitini dərindən müqayisə etməli və lazımi nəticə çıxarmalıdır.
Tarixin və həyatın dərslərini yaxşı öyrənməsək uduza bilərik. Bu isə yolverilməz və bağışlanılmazdır.
xa0
xa0Tahir Rzayev
Milli Məclisin deputatı, fəlsəfə doktoru