Vardanyandan müharibəyə ÇAĞIRIŞ – Azərbaycan nə deyir?

Xəbər verildiyi kimi, erməni separatçıları Xankəndidə növbəti dəfə mitinq keçiriblər. Mitinqə çıxış edən separatçı rejimin “dövlət naziri”, milyarder Ruben Vardanyan gərginliyin artmasına xidmət edən açıqlamalar verib. 

“Cəmi üç yolumuz var. Birincisi, tabe oluruq və gec-tez Azərbaycana inteqrasiya edirik, ikincisi, çıxıb gedirik, üçüncü yol isə qalıb mübarizə aparmaqdır. Mən sentyabrın 12-də seçimimi etdim, buradayam, döyüşürəm və buradan getməyəcəyəm” - Vardanyan deyib.

Maraqlıdır ki, keçirilən bu aksiya MDB dövlət başçılarının bu gün Sankt-Peterburqda keçililən qeyri-formal görüşü ərəfəsində baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ruben Vardanyan Qarabağda “Base Metal” zavodunda erməniləri müharibəyə çağırdı: “Döyüşə hazır olun”


Onu da qeyd edək ki, oktyabrın 30-da da separatçılar Xankəndidə mitinq təşkil etmişdilər. Həmin aksiya da oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Soçidə olan görüş ərəfəsi baş vermişdi. 

Bu dəfəki aksiyada Vardanyanın əhalini “mübarizəyə” səsləməsi əslində terrora çağırış olmaqla yanaşı, Azərbaycana qarşı müharibə elan etmək deməkdir. 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov qeyd edir ki, Vardanyanın mitinqdə səsləndirdiyi fikirlər regionda gərginliyin artırılmasına xidmət edir:

“Ruben Vardanyan çalışır ki, özünü beynəlxalq ictimai fikrə Qarabağdakı erməni icmasının lideri kimi təqdim etsin. Atdığı bütün təxribatçı addımlar da ona yönəlib. Onun bu addımları regionda sülhə, təhlükəsizliyə təhdiddir, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə arxadan zərbədir. Mitinqə bəzilərini təzyiq və təhdid altında gətiriblər. Xüsusən də müəllim və həkimlərdən bu cür istifadə ediblər. Kimlərisə 30-40 dollar, kimlərə də avtomobili üçün benzin alacağı vədini veriblər. Onlar “kökə və qamçı” siyasətindən istifadə etməklə belə bir mitinq təşkil ediblər”. 

Deputatın fikrincə, Vardanyanın dedikləri müharibəyə çağırışdır: 

“Mitinqdə Vardanyan təxribatçı mövqe ortaya qoyaraq, 3 yolun olduğunu deyib. Onun üçüncü yol kimi dəyərləndirdiyi “mübarizə” yolu faktiki olaraq müharibə anonsu kimi qiymətləndirilə bilər. Vardanyan özünü ermənilərin lideri kimi təqdim etmək istəyir. Bu kontekstdə istisna deyil ki, yaxınlarda Araik Arutunyan iflasa uğrayacaq. Hətta gələcəkdə Vardanyanın Paşinyanın yerinə iddialı olması fonunda, onunla Ermənistanın hazırlı baş naziri arasında növbəti konflikin yaşanacağı da istisna deyil”. 

E. Nəsirov bildirir ki, bu sayaq təxribatçı bəyanatlar nəticə etibarı ilə gözlənilən sülh prosesinə ciddi təhlükə yaradacaq: 

“İlin sonuna sülh müqaviləsi istiqamətində müəyyən addımların atılmasının gözlənildiyi bir məqamda, Vardanyanın son davranışı həmin məsələ ətrafında yaranan kövrək ümidlərin də üzərindən xətt çəkir. Bu reallıqda Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimlər, onun kəmiyyət və keyfiyyət göstəricilərində artımın olacağını da proqnozlaşdırmaq olar. “Dəmir yumruq” yerindədir. Ermənistan bunu unutmasın”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz” “Kəpəz”I məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”I məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

DİN yayılan görüntülərə AYDINLIQ GƏTİRDİ - Polislər işdən çıxarıldı

DİN yayılan görüntülərə AYDINLIQ GƏTİRDİ - Polislər işdən çıxarıldı

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzində - FOTO

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzində - FOTO

"Avroviziya-2026": Azərbaycan üç namizəd arasında seçim edəcək

"Avroviziya-2026": Azərbaycan üç namizəd arasında seçim edəcək

“Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

“Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

Birinci Liqa: Lider xal itirdi

Birinci Liqa: Lider xal itirdi

Tramp buna görə prezident olmaq istəyirmiş

Tramp buna görə prezident olmaq istəyirmiş

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı tədqiqatçı Zarqa Yaftalı ilə görüşüb

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı tədqiqatçı Zarqa Yaftalı ilə görüşüb

End of content

No more pages to load

RADİO