İqbal Ağazadə: “Mən Ali Baş Komandanı dəstəkləyirəm”

Özət:
  • Azərbaycan terrora terrorla cavab verən ölkə deyil. 
  • Ermənistan ölkəmizə qadağan olunmuş silahlardan hücum edərsə, böyük əminliklə deyə bilərəm ki, düşmən zərərsizləşdirəcək.

“Ümid” Partiyasının sədri İqbal Ağazadə II Qarabağ Savaşının ilk günlərindən ön xəttə yollanaraq düşmən təxribatından əziyyət çəkən insanların yanında olan az-az siyasilərdəndir. O həm də I Qarabağ Savaşının da iştirakçıısıdır. Böyük Qələbəyə inam dolu günlərdə onun da fikirləri maraqlı olar dedik:

- İqbal bəy, artıq günlərdir ki, işğalçı Ermənistan Azərbaycanın dinc sakinlərinə qarşı terror aktları törədir. Təkrar Gəncə hadisələri, Tərtər məzarlığındakı faciə, Bərdə, Tərtər, Mingəçevirə qadağan olunmuş raketlərdən, ağır artileriyadan hücumlar buna misal ola bilər.

- Azərbaycan terrora terrorla cavab verən ölkə deyil. Bizim nə milli mentalitetimizdə, nə kişilik anlayışımızda belə rəzillik olmayıb və olmayacaq.Müharibə gedir, qarşı tərəf çox amansızdır, siz ondan nə gözləyirdiz bəs? Xocalını törədənlər Ermənistanın prezidenti, milli qəhrəmanlar olublar. Hər şey edə bilərlər, əsas məsələ milli birliyimizin pozulmamasıdır. Biz panikaya düşməməliyik. Ağır itkilərimiz var, körpə balalarımız, qadınlar, köməksiz insanlar ölür, amma bununla belə haqq işimizi heç nə durdurmamalıdır. Terrora ən yaxşı cavab 27 il işğalda olan torpaqlarımızın azad edilməsidir.

- İqbal bəy, ölkə prezidentinin Füzuli, Zəngilan, Cəbrayıl və bir çox qəsəbə və bir sıra kəndlərin alınması ilə bağlı xalqa müjdəsini və müraciətini necə qarşıladınız? 

- Mən ali baş komandanı dəstəkləyirəm və ilk gündən demişəm ki, bu proseslərdə əsgərəm. Lazım gələrsə, əsgər kimi cəbhədə döyüşməyə, lazım gələrsə arxa cəbhədə mənə həvalə olunan hər bir işi rəhbəri olduğum partiya və onun üzvləri ilə birgə həyata keçirməyə hazırıq: “Əsgərik, alqışlayırıq, arxasındayıq”.

- Son hadisələrin fonunda bir partiya olaraq, “Ümid” nə işlər görür, erməni vandalizminə qarşı mübarizəniz nədən ibarətdir?

- Bütün beynəlxalq təşkilatlara kifayət qədər ciddi müraciətlər etmişik. Bu müraciətlər Avropa Birliyinə, İslam Ölkələri Təşkilatına, YUNESKO-ya, BMT-yə, Avropa Şurasına göndərilib. Biz birliyimiz və bərabərliyimiz üçün gərək olan bütün addımları atırıq. Ordumuzun bu müharibəni qələbə ilə başa çatdırması üçün yeganə yol bizim birlik və bərabərliyimizin qorunmasıdır.

- Qarabağ erməni işğalından tam azad olunduqdan sonra sizcə, Ermənistan sakitləşəcək, əgər yenə öz ərazilərindən raket hücumlarını, bombardumanları davam etdirsə, biz necə addım atmalıyıq?  

- Torpaqlarımız işğaldan azad edildikdən və dövlət sərhədlərimiz bərpa olunduqdan sonra düşmən ölkəmizə qarşı terror aktları törədəcəksə, öz layiqli cavabını alacaq. Bu zaman həmin vəziyyət ölkələrimiz arasında müharibə xarakteri daşıyacaq, onda məsələyə region dövlətlərinin və Azərbaycanın fərqli yanaşması olacaq. Ermənistan ölkəmizə qadağan olunmuş silahlardan hücum edərsə, böyük əminliklə deyə bilərəm ki, düşmən zərərsizləşdiriləcək. Hazırda ali məqsədimiz ərazilərimizdən bu murdarları qovub çıxarmaqdır.

Aynur Nadirqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Millimiz Belarusa QALİB GƏLDİ

Millimiz Belarusa QALİB GƏLDİ

Azərbaycan və Pakistanın XİN başçıları arasında telefon danışığı olub - FOTO

Azərbaycan və Pakistanın XİN başçıları arasında telefon danışığı olub - FOTO

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Mənzurə 30 min borca düşüb - VİDEO

Mənzurə 30 min borca düşüb - VİDEO

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Dembele yenidən ZƏDƏLƏNDİ

Dembele yenidən ZƏDƏLƏNDİ

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

40 yaşlı futbolçudan YENİ REKORD

40 yaşlı futbolçudan YENİ REKORD

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO