Prezident Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edib, ona təşkilatın üzv dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətindəki işində uğurlar arzulayıb və əminliyini bildirib ki, o, Təşkilat çərçivəsində sıx əməkdaşlığın həyata keçirilməsində səylərini əsirgəməyəcək.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinə toxunan Prezident İlham Əliyev Təşkilatın beynəlxalq səviyyədə önəminin artdığını məmnunluqla qeyd edib, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasına xidmət etdiyini bildirib, bu baxımdan ötən ay Təşkilatın Səmərqənddə keçirilən IX Zirvə Görüşünün əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi azərbaycanlı həmkarları ilə sıx təmasda olacağına əminliyini bildirib.

Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən qonaq TDT-ni yaradan dövlətlər sırasında ilk ölkə olaraq Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və Təşkilatın fəaliyyətinin güclənməsində ölkəmizin fəal rolunu xüsusi vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və ərazilərimizin işğaldan azad edilməsi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün böyük önəm daşıyır.

Kubanıçbek Ömüralıyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirib.
Söhbət zamanı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu – RƏSMİ

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu – RƏSMİ

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

ARDNF I rübdə 22 ton qızıl satıb – RƏSMİ

ARDNF I rübdə 22 ton qızıl satıb – RƏSMİ

Zənginlik ölçüləri DƏYİŞDİ: Dünyanın ən varlı ölkələrinin YENİ SİYAHISI

Zənginlik ölçüləri DƏYİŞDİ: Dünyanın ən varlı ölkələrinin YENİ SİYAHISI

Ukraynanın iş adamları BU TARİXDƏ Bakıya gəlir - FOTO

Ukraynanın iş adamları BU TARİXDƏ Bakıya gəlir - FOTO

Berlində Pəhləvinin üzərinə qırmızı maye atıldı - VİDEO

Berlində Pəhləvinin üzərinə qırmızı maye atıldı - VİDEO

Ermənistan KTMT-də iştirakını aktivləşdirəcəkmi? – Paşinyandan AÇIQLAMA

Ermənistan KTMT-də iştirakını aktivləşdirəcəkmi? – Paşinyandan AÇIQLAMA

Rəqəmlərin düşündürdüyü REALLIQ - 1 km yola nə qədər XƏRC çəkilir?

Rəqəmlərin düşündürdüyü REALLIQ - 1 km yola nə qədər XƏRC çəkilir?

Meşə yandı, sərvət ortaya çıxdı – Kiloqramı 264 manata satılır – FOTO

Meşə yandı, sərvət ortaya çıxdı – Kiloqramı 264 manata satılır – FOTO

Fərid Məmmədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Fərid Məmmədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Ançelotti Çempionlar Liqasının favoritini açıqlayıb

Ançelotti Çempionlar Liqasının favoritini açıqlayıb

Hollivud aktyoru Vatikanı qarət edəcək? – ŞOK SSENARİ

Hollivud aktyoru Vatikanı qarət edəcək? – ŞOK SSENARİ

Üç gün əvvəl evlənmişdi... – Meyiti çayda tapıldı – FOTO

Üç gün əvvəl evlənmişdi... – Meyiti çayda tapıldı – FOTO

Milyarder etiraf etdi: Kitab oxumuram, çünki insanı öz düşüncə tərzindən uzaqlaşdırır

Milyarder etiraf etdi: Kitab oxumuram, çünki insanı öz düşüncə tərzindən uzaqlaşdırır

Bu legioner “Sabah”dan GEDİR

Bu legioner “Sabah”dan GEDİR

Bakının mərkəzində ÖLÜM: 92 yaşlı kişi kafedə öldü

Bakının mərkəzində ÖLÜM: 92 yaşlı kişi kafedə öldü

Bu aktrisanın çəkildiyi səhnə filmdən çıxarıldı

Bu aktrisanın çəkildiyi səhnə filmdən çıxarıldı

Sosial ödənişlər BU TARİXDƏ veriləcək

Sosial ödənişlər BU TARİXDƏ veriləcək

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Qurban Qurbanov: “Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur” – VİDEO

Qurban Qurbanov: “Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur” – VİDEO

Sürücülərin NƏZƏRİNƏ – Bu hallarda sığorta üçün əlavə ödəniş TƏLƏB EDİLƏCƏK

Sürücülərin NƏZƏRİNƏ – Bu hallarda sığorta üçün əlavə ödəniş TƏLƏB EDİLƏCƏK

Paşinyan: “Mən şadam ki, ailəmizi xilas etmək şansım var”

Paşinyan: “Mən şadam ki, ailəmizi xilas etmək şansım var”

Rusiyadan SENSASİON İDDİA – Avropa ölkələri Kalininqrada hücuma hazırlaşır

Rusiyadan SENSASİON İDDİA – Avropa ölkələri Kalininqrada hücuma hazırlaşır

Bu kiçik hiyləni öyrəndikdən sonra çayı həmişə belə dəmləyəcəksiniz

Bu kiçik hiyləni öyrəndikdən sonra çayı həmişə belə dəmləyəcəksiniz

End of content

No more pages to load

RADİO