Azərbaycan XİN-dən Fransaya cavab: “İddiaların heç bir əsası yoxdur”

"Xarici İşlər Nazirliyinin 13 dekabr tarixli bəyanatında qeyd edildiyi kimi, Şuşa-Laçın yolunun guya Azərbaycan tərəfindən bağlandığı və bununla guya humanitar böhran yaşana biləcəyi barədə iddiaların heç bir əsası yoxdur".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O vurğulayıb ki, bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına daim maneçilik törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi öhdəliklərinə uyğun olaraq son iki il ərzində Laçın yolunu yenidən qurub və yolun məhz humanitar məqsədlər üçün istifadəsinə geniş şərait yaradıb.
"Ümumiyyətlə, sözügedən ərazilərdə son 30 il ərzində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi, habelə Üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik məsələlərə qərəzli yanaşmanın göstəricisidir. Eyni zamanda, Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər.

Bölgədə humanitar vəziyyətə gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır", - XİN rəsmisi söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bakı sakininin ölümünə bu hasar səbəb olub - VİDEO

Bakı sakininin ölümünə bu hasar səbəb olub - VİDEO

ABŞ narkotik daşınan gəmini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ narkotik daşınan gəmini belə məhv etdi – ANBAAN VİDEO

Onkoloqdan HƏYƏCAN TƏBİLİ – Bu halda körpə xərçənglə doğula bilər

Onkoloqdan HƏYƏCAN TƏBİLİ – Bu halda körpə xərçənglə doğula bilər

Geri dönməz mərhələ: planet üçün təhlükəli siqnal

Geri dönməz mərhələ: planet üçün təhlükəli siqnal

Hərəkət məhdudlaşdı, sürücülər yolda qaldı – VİDEO

Hərəkət məhdudlaşdı, sürücülər yolda qaldı – VİDEO

Qışın sonuna qədər 3 BÜRCÜN həyatı elə yaxşılaşacaq ki...

Qışın sonuna qədər 3 BÜRCÜN həyatı elə yaxşılaşacaq ki...

Ən çox qızıl alan ölkələr – Azərbaycan da liderlər arasında

Ən çox qızıl alan ölkələr – Azərbaycan da liderlər arasında

Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

ABŞ-dan TƏCİLİ XƏBƏRDARLIQ – “Dərhal İranı tərk edin”

ABŞ-dan TƏCİLİ XƏBƏRDARLIQ – “Dərhal İranı tərk edin”

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO