“Məqsədimiz Qərbi Azərbaycana qayıtmaqdır” – “ARDIC” Hərəkatının sədri

Bu gün Qərbi Azərbaycandakı qədim torpaqlarımızdan olan Ardıc kəndinin süqut günüdür. 1988-ci ilin 15 dekabrında kəndin çoxminli sakini dədə-baba ocaqlarından ermənilərin təhriki və rus ordusunun müşayəti ilə zorla çıxarılıb. Son 34 ildə Azərbaycanın müxtəlif yerlərinə səpələnən ardıclılar bir qayda olaraq 15 dekabrda bir yerə toplaşırlar. Bu yaxınlarda isə "ARDIC" Hərəkatı təsis ediblər. 

Ardıcın süqutu günü ərəfəsində “ARDIC” hərəkatının sədri Elşən Nəsibov Bizim.Media-nın qonağı olub. Onunla müsahibəni təqdim edirik: 

- Elşən müəllim, istərdik ki, əvvəlcə Ardıc kəndi haqqında məlumat verəsiniz...

- Ardıc kəndi Ermənistanın şimalında, Bazum dağlarının ətəyində yerləşir.   İnzibati baxımdan indiki Lorı vilayətinin tərkibində olan Quqark rayonuna aid olan bir kənddir. Dəniz səviyyəsindən 1450 metr yüksəklikdə olan kəndin ərazisi 26.95 kvadrat kilometrdir. Dağ çayı kəndi ortadan iki hissəyə bölür. Kənd camaatı çayın ayırdığı hissələrə, yaşayış məskənlərinə “O tay”, “Bu tay” deyə ad vermişdilər. Kənddə 1988-ci ilin dekabr ayının 15-nə qədər, yəni kənd əhalisinin kütləvi şəkildə deportasiyasına qədər 600-ə yaxın ailə təsərrüfat olub. Əhalisi isə 5 mindən çox idi.

Spitak zəlzələsi bizim kəndə çox böyük ziyan vurdu. Zəlzələ nəticəsində sovxoz idarə binası dağıldığından o zaman əhalinin dəqiq statistikasına dair materialları götürə bilmədik.   

Bizim yerlər əvvəllər inzibati baxımdan İrəvan quberniyasının Pəmbək mahalına daxil olub.

Rayonun adı Yaqublu, sonradan isə Böyük Qarakilsə adlanıb. El arasında rayonun adını Qaraisə deyə çağırırdılar. Tarixən azərbaycanlıların kəndi olub. Burada yaşayanların hamısı azərbaycanlılar olub. Kənddə azərbaycanlılara assimilyasiya olunmuş cəmi bir erməni ailəsi yaşayıb. Həmin erməni ailəsi vaxtilə Türkiyədən kəndə köç edib, gəlmişdi.

- Bəs “Ardıc” nə anlamına gəlir?

- Yaşlı insanlar öz kəndimizi “Ardıc” deyə, çağırırdılar. Gəzən məlumata görə, ilk sakinlər yurd salanda ərazidə çoxlu ardıc ağacları bitirmiş. Adamlar ağacların bir qismini kəsib ev-eşik salıblar, təsərrüfat sahələri yaradıblar. Özləri də kəndlərini ağacın adıyla “Ardıc” adlandırıblar. 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı kənd əhalisinin bir hissəsi zorla Türkiyənin Qars bölgəsinə deportasiya edilib. Orada bizim əcdadlarımızın nəsli yaşayır. Əlaqələrimiz hal-hazırda da var. Onlar “Ardıc” adını yaşadırlar. 

- Ardıcda hansı tarixi abidələr var idi?

- Kəndimizdə qədim məscid vardı. Məscid XVIII əsrə aid olan dini-mədəni abidə idi.  Yer toponimlər sırf azərbaycan –türk adları ilə bağlı idi. Məsələn, Bala Yal, Sarı su, Hənfətoylan, Öyğundalı, Araz yurdu, Sırxana, Məşədilərin binəsi, Orta binə, Əlləşən, Xan Vəlinin çökəyi, İbrahimxəlil kişinin qəbirstanlığı və s.  Kəndimizdə iki köhnə qəbirstanlıq var idi. Məzarlıq daşlarının üstü ərəb əlifbası ilə yazılmışdı.

- Ardıc ziyalıları haqda nə deyə bilərsiz? 

- Kəndimiz İnayət Xəlilov kimi generalı, İsmayıl Məmmədov kimi tibb üzrə akademiki (Moskvada işləyirdi), Abuzər Qazıyev kimi onkoloq professoru, Allahyar Yolçuyev kimi kimyaçı professoru, Alay Bəxtiyarov kimi alim və dövlət xadimini, Fərhad Hümbətov kimi Azərbaycanın ilk milli qəhrəmanlarından birini yetişdirib. 

- “ARDIC” hərəkatını yaratmaqda məqsədiniz nədir?

- Birincisi, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istəyirik. Qoy dünya bilsin ki, Ermənistan tarixi Azərbaycan torpaqlarıdır.

İkincisi, 44 günlük müharibədə qazandığımız Böyük Qələbədən sonra ruhlanaraq geri dönüş haqqında düşünməyə başladıq. Bu hərəkatın üzlərinin hədəfi hələlik odur ki, Qarabağ torpağına hamılıqla köç edək. Orada özümüzə bir kənd salaq. Gələcəkdə isə Qərbi Azərbaycanın bir parçası olan Ardıca qayıtmağı düşünürük.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

End of content

No more pages to load

RADİO