“İrəli” İctimai Birliyi Ulu Öndərin anım günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTO

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndərin anım günü çərçivəsində silsilə tədbirlər həyata keçirilib.

Birliyin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirlər planı çərçivəsində Ulu Öndərin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə tədbir keçirilib.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı tədbirdə çıxışları zamanı Ulu Öndər Heydər Əliyevin ölkə gəncliyinə daim böyük diqqət və qayğı göstərdiyini, onun fəaliyyəti dövründə gənclərin vətənpərvər və milli ruhda formalaşmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qəbul edildiyini diqqətə çatdırıblar. 

Dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən çıxışçılar bu müddət ərzində formalaşan gəncliyin ümummilli məsələlərdə yüksək fəallıq nümayiş etdirdiyini, habelə Vətən müharibəsində öz canı-qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasında, bununla da, Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsində olduqca böyük rola malik olduğunu vurğulayıblar.

Tədbir daha sonra müstəqil və müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin irsinin gələcək nəsillərə aşılanmasında gənclərin rolu mövzusunda müzakirələrlə davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Silsilə tədbirlər çərçivəsində həmçinin Azərbaycan Televiziyası tərəfindən lentə alınan “Xalqın Adamı” filminin nümayişi keçirilib, gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Ekskursiya müddətində gənclər Ümummilli liderin keçdiyi şərəfli ömür yolu ilə bağlı maraqlı faktlar, foto və video materiallar və eksponatlarla yaxından tanış olublar. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bakı sakininin ölümünə bu hasar səbəb olub - VİDEO

Bakı sakininin ölümünə bu hasar səbəb olub - VİDEO

ABŞ narkotik daşınan gəmini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ narkotik daşınan gəmini belə məhv etdi – ANBAAN VİDEO

Onkoloqdan HƏYƏCAN TƏBİLİ – Bu halda körpə xərçənglə doğula bilər

Onkoloqdan HƏYƏCAN TƏBİLİ – Bu halda körpə xərçənglə doğula bilər

Geri dönməz mərhələ: planet üçün təhlükəli siqnal

Geri dönməz mərhələ: planet üçün təhlükəli siqnal

Hərəkət məhdudlaşdı, sürücülər yolda qaldı – VİDEO

Hərəkət məhdudlaşdı, sürücülər yolda qaldı – VİDEO

Qışın sonuna qədər 3 BÜRCÜN həyatı elə yaxşılaşacaq ki...

Qışın sonuna qədər 3 BÜRCÜN həyatı elə yaxşılaşacaq ki...

Ən çox qızıl alan ölkələr – Azərbaycan da liderlər arasında

Ən çox qızıl alan ölkələr – Azərbaycan da liderlər arasında

Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

ABŞ-dan TƏCİLİ XƏBƏRDARLIQ – “Dərhal İranı tərk edin”

ABŞ-dan TƏCİLİ XƏBƏRDARLIQ – “Dərhal İranı tərk edin”

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO