Xankəndidə erməni uşaqları SİLAHLANDIRILIR – Azərbaycanlı fəallardan BƏYANAT

Sosial şəbəkələrin erməni seqmentində Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlıları tərəfindən nəzarət olunan ərazilərində, xüsusilə də Xankəndidə uşaq və yeniyetmələrin silahlandırılması, onlara Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri üçün təlimlər keçirilməsi ilə bağlı çoxsaylı faktlar öz əksini tapır.

Bizim.Media xəbər verir ki, bu barədə Çevik Ekspertlər Qrupunun üzvləri- “ Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə və “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bəyanat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın yolunu sülhməramlılar bağlayıb – Daha bir erməni yalanı üzə çıxdı - VİDEO


Bəyanatda Çevik Ekspertlər qrupu olaraq Ermənistan tərəfindən erməni uşaqlarının “vətənpərvərlik” adı altında uşaq əməyinin ən ağır forması olan insan alverinə cəlb edilməsinə goz yuma bilmədikləri qeyd edilib:

“Uşaqların qanunsuz olaraq hərbi əməliyyatlara cəlb edilməsi, insan alveri ilə mübarizəyə çağıran beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Biz, qoşulduğumuz beynəlxlaq sənədlərin aliliyinə həmişə hormətlə yanaşırıq! Erməni uşaqlarının məcburi əməyə və əməyin istismarına cəlb edilməsi, bu halın Azərbaycan Respublikasının suveren ərazisi olan Xankəndi şəhərində baş verməsi və müvəqqəti olaraq sülhmərəmlılar tərəfindən nəzarət edilən digər ərazilərimizdə azyaşlıların hərbi məqsədli əməliyyatlara, eləcə də təlimlərə cəlb edilməsinə qəti etiraz edirik.

Bildiririk ki, bununla Ermənistan BMT-nin Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsini ( silahlı münaqişələr zamanı uşaq və yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunmasını qadağan edir), “İnsan alverinə qarşı mübarizə haqqında” 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyasının 57-ci maddəsinin 3-cü bəndini (uşaqların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması) və ümumilikdə beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan Respublikasının müvafiq hüquqi-normativ aktlarını kobud şəkildə pozur.

Silahlı münaqişələr və ya münaqişə sonrası uşaqların hərbi əməliyyatlara, hərbi məqsədli hazırlıqlara cəlb edilməsinə, uşaqların silahlandırılmasına, uşaq əməyinin istismarına son qoymağı tələb edir, beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün məcburedici addımlar atmağa cağırırıq”.
Qeyd edək ki, 2020-ci ilin sentyabr-noyabr aylarında da uşaqların Ermənistan tərəfindən hərbi təlimlərə və döyüş əməliyyatlarına cəlb edilmələri, bu zaman müxtəlif ağırlıqda bədən xəsarətləri almaları, eləcə də uşaq bağçalarının, məktəblərin hərbi məqsədlərlə istifadə olunmaları ilə bağlı çoxsaylı faktlar qeydə alınıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bakı sakininin ölümünə bu hasar səbəb olub - VİDEO

Bakı sakininin ölümünə bu hasar səbəb olub - VİDEO

ABŞ narkotik daşınan gəmini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ narkotik daşınan gəmini belə məhv etdi – ANBAAN VİDEO

Onkoloqdan HƏYƏCAN TƏBİLİ – Bu halda körpə xərçənglə doğula bilər

Onkoloqdan HƏYƏCAN TƏBİLİ – Bu halda körpə xərçənglə doğula bilər

Geri dönməz mərhələ: planet üçün təhlükəli siqnal

Geri dönməz mərhələ: planet üçün təhlükəli siqnal

Hərəkət məhdudlaşdı, sürücülər yolda qaldı – VİDEO

Hərəkət məhdudlaşdı, sürücülər yolda qaldı – VİDEO

Qışın sonuna qədər 3 BÜRCÜN həyatı elə yaxşılaşacaq ki...

Qışın sonuna qədər 3 BÜRCÜN həyatı elə yaxşılaşacaq ki...

Ən çox qızıl alan ölkələr – Azərbaycan da liderlər arasında

Ən çox qızıl alan ölkələr – Azərbaycan da liderlər arasında

Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

ABŞ-dan TƏCİLİ XƏBƏRDARLIQ – “Dərhal İranı tərk edin”

ABŞ-dan TƏCİLİ XƏBƏRDARLIQ – “Dərhal İranı tərk edin”

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO