Ombudsmandan azərbaycanlı fəalların Laçın yolundakı aksiyasına DƏSTƏK

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azərbaycanlı fəalların Laçın - Şuşa yolunda keçirdiyi etiraz aksiyaları ilə bağlı məlumat yayıb.

Ombudsman Aparatından Bizim.Media-ya daxil olan məlumatda deyilir:

“Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırım, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulmuş, beynəlxalq ekoloji cinayət törədilmişdir.

Müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı fəallardan rus sülhməramlılarına ingilis dilində MÜRACİƏT - VİDEO


Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalmış və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərmişdir.

Qeyd etmək istərdim ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir.

Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekolojifəsadlar törətməkdədir.

Təəssüflə vurğulamaq istərdik ki, Azərbaycanın müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsələr də sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşiblər.

Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək,fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan halların aradan qaldırlmasına haqlı narazılıqlarını bildirirlər.

Bununla əlaqədar vətəndaş cəmiyyəti üzvlərinin, ictimai fəalların beynəlxalq və milli qanunveriliyə müvafiq olaraq dinc şəkildə həyata keçirdiyi aksiyaya Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin mane olma cəhdlərini qəti şəkildə pisləyir, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatının şərtlərinə və malik olduqları mandata uyğun fəaliyyət göstərməyə dəvət edirik.

Azərbaycan Ombudsmanı olaraq, insan hüquq və azadlıqlarının müdafiəsi, ermənilər tərəfindən törədilən ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstəyimizi ifadə edir, həmçinin, Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edir, dünya ictimaiyyətini, beynəlxalq qurumları və beynəlxalq qeyri hökumət təşkilatları insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə dəvət edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagird məktəbi yandırdı, direktor işdən çıxarıldı – Rusiyada QEYRİ-ADİ OLAY

Şagird məktəbi yandırdı, direktor işdən çıxarıldı – Rusiyada QEYRİ-ADİ OLAY

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bakı sakininin ölümünə bu hasar səbəb olub - VİDEO

Bakı sakininin ölümünə bu hasar səbəb olub - VİDEO

ABŞ narkotik daşınan gəmini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ narkotik daşınan gəmini belə məhv etdi – ANBAAN VİDEO

Onkoloqdan HƏYƏCAN TƏBİLİ – Bu halda körpə xərçənglə doğula bilər

Onkoloqdan HƏYƏCAN TƏBİLİ – Bu halda körpə xərçənglə doğula bilər

Geri dönməz mərhələ: planet üçün təhlükəli siqnal

Geri dönməz mərhələ: planet üçün təhlükəli siqnal

Hərəkət məhdudlaşdı, sürücülər yolda qaldı – VİDEO

Hərəkət məhdudlaşdı, sürücülər yolda qaldı – VİDEO

Qışın sonuna qədər 3 BÜRCÜN həyatı elə yaxşılaşacaq ki...

Qışın sonuna qədər 3 BÜRCÜN həyatı elə yaxşılaşacaq ki...

Ən çox qızıl alan ölkələr – Azərbaycan da liderlər arasında

Ən çox qızıl alan ölkələr – Azərbaycan da liderlər arasında

Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

ABŞ-dan TƏCİLİ XƏBƏRDARLIQ – “Dərhal İranı tərk edin”

ABŞ-dan TƏCİLİ XƏBƏRDARLIQ – “Dərhal İranı tərk edin”

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

End of content

No more pages to load

RADİO