Xankəndi-Şuşa yolunda aksiya keçirən azərbaycanlı fəallar dünən rus sülhməramlılarına və erməni separatçılarına rus, Azərbaycan, erməni dillərində müraciət edib.
Bizim.Media xəbər verir ki, bu gün isə müraciət ingilis dilində olub.
Bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir.
Bizim.Media