İranı silkələyən son TÜRK HƏRƏKATI – Pişəvərinin ölümündə ERMƏNİ İZİ

12 dekabr Güney Azərbaycan üçün həm müsbət, həm də faciəvi xatirələri özündə birləşdirməyi bacarmış tarixi gündür.

Belə ki, Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də həm dövrdə yaradılmış Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.

Azərbaycan Milli Höküməti İranda Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlayıb, daha sonra isə siyasi dəst-xəttinə müstəqil dövlətçilik istiqamətində yön verib.

Təbii ki, 21 Azəri xatırlayarkən, ilk növbədə həmin dövrün geosiyasi durumuna nəzər salmaqda fayda var.

İkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı SSRİ hərbi hissələrinin İran ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış oldu.

Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Azərbaycanda isə bu hərəkat Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi. Pişəvəri 1941-ci il sentyabr ayında həbsdən buraxılıb Tehrana gəlir. 1941-ci ildə İran Xalq Partiyasının yaranmasında fəal iştirak edir.

Pişəvəri redaktoru olduğu "Acer" qəzeti vasitəsilə Rza şahı, onunla birlikdə xalq kütlələrini vəhşicəsinə soyan və İranın müstəmləkəyə çevrilməsinə kömək edən irticanı ifşa edir. 1944-cü ildə Pişəvəri Azərbaycandan XIV Şura Məclisinə deputat seçilmiş olsa da, İran irticası onun deputatlığını rədd edir.

Pişəvəri İranda nəşr olunan 44 mütərəqqi qəzeti birləşdirib "Cəbheyi-azadi" (Azadlıq cəbhəsi) yaradır.

1945-ci ilin 3 sentyabrda Azərbaycan Demokrat Firqəsi yarandı. S.C.Pişəvəri tərəfindən Azərbaycan Demokrat Firqəsini yaradıldı. 1945-ci ilin oktyabr ayında keçirilən ADF-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənin sədri seçir. 

ADF-nin orqanı olan "Azərbaycan" qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir. 1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilir.

Cəmi bir illik fəaliyyəti dönəmində ADF bankların milliləşdirilməsi, torpaq islahatları, Təbriz Universitetinin və Güney Azərbaycan milli ordusunun yaradılması kimi mütərəqqi addımlar atır.

Lakin...

Demokratik Firqənin ömrü cəmi 1 il sürür. 1946-cı ilin 12-dekabrında, 21 Azərin başladağı gündə İran şahı Rza Pəhləvinin ordusu Təbrizə daxil olur və hərəkat süquta uğrayır. Milli hökumətə və yerli xalqa isə divan tutulur. Tarixi mənbələrə görə, təkcə Təbrizdə 30 min insan qətlə yetirilir. Təbii ki, hərəkatın uğrusuzluğuda Rza şaha xaricdən gələn dəstək başlıca rol oynayır. Pişəvəri başda olmaqla milli hökumətin yüzlərlə fəalı Arazın şimalına üz tutmağa məcbur qalır.

Pişəvərinin ölümündə erməni izi

Seyid Cəfər Pişəvəri Azərbaycan SSR-ə qayıtdıqdan sonra da güneylə bağlı fəaliyyətini davam etdirir, Şahın irticaçı rejimindan qaçan cənublu fəalların yerləşdirilməsində fəal iştirak edir. Ancaq onun bu fəaliyyəti bir çox qüvvələri narahat edirdi. Və Pişəvəri iyulun 12-də müəmmalı avtomobil qəzasından sonra dünyasını dəyişir. Lakin hadisənin sadəcə qəza olduğuna əksəriyyət bu günə kimi inanmır.

Tarixçi alim, Zaur Əliyevin araşdırması isə bir sıra sensasion faktları üzə çıxarıb. Belə ki, qəzaya uğrayan avtomobili idarə edən şəxs Karnik Melixyan adlı erməni olub:

“Onun mənşəyi Dövlət Təhlükəsizlim Komitəsinin (KQB) rəhbərlərinə yaxşıca məlum idi. Atası İranda Daşnaksütyun Partiyasının lideri imiş. Arvadı vaxtilə Britaniyanın İrandaki səfirliyində işləyirmiş. Karnik Melixyanın adına Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin şöbəsində şəxsi vərəqə açılıbmış.

1944-49-cu illərdə respublika Dövlət Təhlükəsizliyi Komitəsi Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Lətif Salayevin şahid ifadəsində deyildiyi kimi, Karnik Melixyanın xarici kəşfiyyatın agenti olması DTK rəhbəri Yemelyanova məlum idi.

Azərbaycan xalqının qatillərinə nökərlik edən K.Melixyan Yevlaxın 14 kilometrliyində maşını qəzaya uğratmışdı. Guya maşını gecə vaxtı sürdüyündən sükan arxasında onu yuxu tutubmuş. Sürücüdən soruşan olmamışdı ki, sükanın ikiyə bölünməsinə baxmayaraq, sənə heç bir xətər dəymədiyi halda necə olub ki, sənin yanında əyləşən Pişəvəri qabırğası əzilmiş, ayağı sınmış, başı yaralanmışdı?

Əvvəlcədən qurulmuş maşın qəzasında Pişəvərinin sağ qalması "əməliyyatın" tam həyata keçirilməməsi demək idi. Ona görə də Pişəvərinin ölümü, necə deyərlər, təşkil olunmalı idi.
 

1947-ci il iyul ayının 11-də Pişəvəri ölümcül halda Yevlax rayon xəstəxanasına gətiriləndə huşu özündə idi. Həkimlərdən xahiş edir ki, Bakıdan doğma qardaşını gətirsinlər, o, həkim-cərrahdır. Əvəzində Xankəndindən (Stepanakertdən) cərrah Ərsiyan gəlir. Pişəvəri Gəncədəki iyirmi yaşlı oğlunu yanında görmək istəyir.


Ömrünün ən çətin məqamında ataya oğlundan daha yaxın kim ola bilərdi? Xəbər çatdırmırlar. Çatdırsaydılar, qaça-qaça gələrdi və cinayətdən agah olardı. Yalnız ertəsi günü, iyulun 12-də Bakıdan həkimləri və şəfqət bacılarını gətirən təyyarə Yevlaxa endi. Artıq gec idi. Pişəvəri cərrahiyyə əməliyyatından ayağa qalxmadı. Erməni həkimi Ərsiyanın vurduğu zəhərli iynə onun həyatına son qoydu”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO