2023-cü ildə nələr olacaq? – Dünyanın yeni SİYASİ PROQNOZU

2022-ci ilin tarix olmasına sayılı günlər qalıb. Bizi qarşıda yeni-2023-cü il gözləyir. Qloballaşan dünyamızda yeni ilin bizlərə hansı sürprizlər hazırladığını təbii ki, hər birimiz çox maraqlandırır. Amma gözlənilməz sürprizlərlə yanaşı gözlənilən, baş verəcək bəzi hadisələri indidən də demək olar. Çünki, 2022-ci ildə inkişaf edən bir çox hadisələr öz sonluğunu çox ehtimalla 2023-cü ildə varacaq.

Elə isə, 2023-cü ildə dünyamızı hansı ciddi dəyişikliklər gözləyir?

1. 2023-cü il Azərbaycan üçün əlamətdar olacaq. Ölkəmiz bütün sahələrdə, xüsusəndə xarici siyasətdə çox böyük uğurlara imza atacaq.

Azərbaycan Aİ-nin vazkeçilməs tərəfdaşından strateji müttəfiqinə çevriləcək. Böyük ehtimal var ki, Ermənistanla sülh sazişi məhz bu il bağalanacaq. Bu saziş bağlanmasa belə Zəngəzur dəhlizinin bərpası mütləq olacaq. Çünki, bu dəhliz Azərbaycandan və Ermənistandan daha çox region dövlətlərə - Qərbə, eləcə də Çinə lazımdır.

2. 2023-cü ildə Türkəyədə çox böyük hadisələr baş verəcək. Bunun 2 səbəbi var. Birincisi, bu il ölkədə prezident seçkilər ilidir.

Və bu seçkilərə Rəcəb Tayyub Ərdoğan çox böyük hədəflərlə və iddialarla gedir. Ərdoğan bu seçkilərdə əsas tezisi Türkiyəni dünyada daha üst qatlara çatdırmaq, dünyanın söz yiyəsi olan 5 dövlətdən birinə çevirmək vədi olacaq. Rəsmi Ankara 2023-cü il üçün həm regionda, həm Avro-Asiyada, həm də Afrikada çox böyük hədəflərə çatmağı düşünür. Ən əsası Turan Birliyinin var olması yolunda çox ciddi addımlar atılacaq. İkinci məqam isə Cümhuriyyətin 100 illiyinin təntənə ilə qeyd edilməsidir. Ona görə də Ərdoğan çalışır ki, məhz bu il Türkiyəni dünyanın fövqəldövlətlərindən biri olduğunu elan etsin.

3. 2023-cü il İran üçün yaxşı heç nə vəd etmir. 2022-ci ilin son 3 ayını təlatümlərlə yaşayan qonşularımız yeni ilə çox narahat qədəm qoyur.

Yeni ildə molla-fars rejimi böyük islahatlara getmək məcburiyyətindədir. Əks təqdirdə növbəti il bu dövlətin sonu ola bilər. Unutmayaq ki, nə Qərb, nə ABŞ, nə də ki, Çin İran dövlətinin parçalanmasını istəmir. Onlar bu dövlətdə rejimin dəyişməsini, iqtidara daha asan idarə oluna şəxslərin gəlməsini istəyir. Və yəqin ki, biz bunu gələn il görəcəyik. İran böyük islahatlara hamilədir. Amma bu dövlətin parçalanma ehtimalı yaxın illər üçün inandırıcı deyil.

4. Rusiya üçün gələn il narahat il olacaq. Rusiya Ukrayna ilə müharibəni ən sərfəli variantda qurtarmağa çalışacaq.

Bu müharibənin gedişi Rusiyada çox şeyi dəyişə bilər. Hətta Putinin siyasi sonunu gətirə bilər. Həm müharibə, həm sanksiyalar Rusiyanı daha da zəif salacaq. Amma bu Rusiyanın dağılması anlamına gəlmir. Bəzi siyasi proqnozlara görə Rusiya-Ukrayna müharibəsi 2023-cü ilin sonuna doğru passiv fazaya keçəcək.

5. Ermənistan üçün də 2023-cü il yaxşı heç nə vəd etmir. İqtisadi böhran daha da dərinləşəcək.

Paşinyan erməni ultramillətçilərini Azərbaycanla sülh sazişinə hazırlamaq istiqamətində bu il çox iş gördü. Amma tam istəyinə nail ola bilmədi. Ona görə də Paşinyanı 2023-cü ildə gərgin iş rejimi gözləyir. Ermənistanın var olması üçün Paşinyan təkcə müxalifətin deyil, eləcə də İranın, Fransanın, Rusiyanın və bütövlükdə Qərbin təzyiqindən qurtulmalı və Azərbaycanla və Türkiyə ilə dinc qonşuluq şəraitində yaşamaq yolunu seçməlidir. Bütün hallarda 2023-cü ildə Ermənistan Azərbaycanın şərtlərini qəbul etməli olacaq. 

6. 2023-cü ilin ABŞ üçün rahat keçəcəyini demək olmur. Əvvala ona görə ki, ölkədə növbədənkənar seçkilər ola bilər.

Bunu Co Baydenin səhəti və getdikcə azalan nüfuzudur. Təsadüfi deyil ki, ötən ay Amerikalı iş adamı İlon Mask növbəti prezident seçkilərində Floridanın qubernatoru Ron Desantisin namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. Maraqlıdır ki, bu bəyanatdan sonra Mask davamlı təhdidlər aldığını söyləyib. Bu da ona dəlalət edir ki, ABŞ-da növbədənkənar seçkilərin keçirilməsi çox realdır. Üstəlik, 2023-cü ildə ABŞ dünyada daha çox təklənəcək. Ukrayna müharibəsində Ağ Evin Aİ-yə qarşı oynadığı oyun Qərb dövlətlərini Vaşinqtonla münasibətlərə yenidən baxmağa vadar etdi.

7. Fransa 2023-cü ildə Avropada əsas söz yiyəsi olmağı hədəfləyir.

Çünki, Merkelin və Baydenin gedişindən sonra Avropada aparıcı liderin olmaması Makron üçün geniş meydan açır. Amma onun şəxsi keyfiyyətləri buna nə qədər imkan verəcək?! Bunu yaxın bir ildə görəcəyik.

8. Çin 2023-cü ildə daha böyük iqtisadi qüdrətə çatacaq. ABŞ-ın və Avropanın başı Rusiyaya qarışmasından rəsmi Pekin daha çox yararlanmağa çalışacaq.

9. 2023-cü ildə siyasi savaşların müstəvisi Afrikaya keçə bilər. Çünki, dünyanı gözləyən iqtisadi çöküşdən qurtuluşun yeganə yolu yeni bazarlar və yeni məhsullardır.

Bu mənada Afrikanın təbi ehtiyatları uğrunda çox ciddi mübarizə olacaq. Son illər Çin və Türkiyə Afrikada çox ciddi yatırımlar edir. Bu isə Qərbi ciddi narahat edir. Neçə illər gizli gedən bu savaş 2023-cü ildə açıq müstəviyə keçəcək.

10. Avropanı yeni ildə yaxşı heç nə gözləmir. 2023 öz pis sifətini yeni ilin ilk günlərindən göstərəcək.

Rusiya qaz ixracını azaltdığı üçün Avropa son 60 ilin ən sərt qışını yaşayacaq. İqtisadi böhran növbəti ildə daha da dərinləşəcək. Ən əsası Ukraynadan sonra müharibənin Avropanın mərkəzinə köçürülmə ehtimalı çox böyükdür. Bunun üçün keçmiş Yuqaslaviya dövlətlərində çox münbit şərait də var.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO